Şövkət Ələkbərovanın doğum günüdür

image-njyoeqxwubosbt781zy1k4s7mdqcdnqmdcclflue_1200backend
image-uzb_ads_desk
Bu gün Azərbaycan musiqisinin unudulmaz siması, Şövkət Ələkbərovanın doğum günüdür.

 

Busaat.az xatırladır ki,  Şövkət Ələkbərova 1922-ci il oktyabrın 20-də Bakıda dünyaya gəlib. Kiçik yaşlarından musiqiyə maraq göstərən Şövkət Ələkbərova öz istedadı və məlahətli səsi ilə qısa zamanda diqqət çəkib. Sonralar Azərbaycan musiqi sənətinin sevilən nümayəndələrindən birinə çevrilib.

Sənətkarın ifa tərzi, səsinin özünəməxsus çalarları və mahnılara verdiyi xüsusi ruh onu dinləyicilərə sevdirib. Onun repertuarında xalq mahnıları, muğamlar və bəstəkar əsərləri mühüm yer tutub.

Şövkət Ələkbərova yalnız Azərbaycanda deyil, ölkəmizin hüdudlarından kənarda da çıxış edib. Müxtəlif ölkələrdə verdiyi konsertlərlə Azərbaycan musiqisini beynəlxalq səviyyədə tanıdıb.

Uzun illər davam edən sənət fəaliyyəti ərzində böyük sevgi və hörmət qazanan sənətkar Azərbaycan musiqi tarixində silinməz iz qoyub.

Şövkət Ələkbərova 1993-cü il fevralın 7-də vəfat edib. Bu gün onun ifaları yenə də sevilərək dinlənilir, zəngin yaradıcılıq irsi isə yeni nəsillərə ötürülür. Onun bənzərsiz səsi Azərbaycan musiqisinin yaddaşında əbədi yaşayır.

ÜLKƏR RƏHMANQIZI


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki