Məzmuna keç
  • Brent neft96.06 $▲0.45%
  • WTI neft88.55 $▲0.34%
  • Avropa qazı (TTF)93.70 €▲7.43%
  • Təbii qaz (ABŞ)3.265 $▼2.01%
  • Qızıl3 892 $▼0.64%
  • Gümüş49.81 $▼0.88%
  • Pambıq78.95 ¢▲0.52%
  • Buğda595.00 ¢▲0.63%
  • Bitcoin69 245 $▼2.98%
  • Ethereum1 959 $▼2.90%
  • S&P 5007 592▼0.33%
16°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
İqtisadiyyat

Bu şəxslərin pensiyasına əlavələr olacaq - Günün şad xəbəri

image-images-45
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Milli Məclisdə “Əmək pensiyaları haqqında” Qanuna dəyişikliklər üçüncü oxunuşda qəbul edilib. Dəyişikliklər Azərbaycan Prezidenti tərəfindən təsdiqləndikdən sonra qüvvəyə minəcək və tətbiq tarixi cari ayın ilk günündən hesablanacaq.

Millət vəkili Vüqar Bayramov sosial şəbəkə hesabında yeni dəyişikliklərlə bağlı məlumat paylaşıb.

Onun sözlərinə görə, yeni qaydalara əsasən, dövlət qulluqçularının, Müdafiə Nazirliyinin hərbi qulluqçularının və digər xüsusi kateqoriyadan olan vətəndaşların pensiyalarına aylıq sabit əlavələr hesablanacaq.  

“İndiyədək bu şəxslərin pensiyaları əməkhaqqının məbləğinə uyğun müəyyənləşdirilirdisə, yeni sığorta mexanizmi ilə pensiya məbləği fərdi şəxsi hesabda toplanan yığıma əsasən hesablanacaq və üzərinə sabit əlavə olunacaq”, – deyə deputat bildirib.

V.Bayramov qeyd edib ki, xüsusi kateqoriyaya daxil olan vətəndaşın 100 min manat pensiya kapitalı varsa, onun 85 faizi – 85 min manatı fərdi hesabda nəzərə alınacaq. Bu məbləğ 144 aylıq gözlənilən pensiya ödənişi müddətinə bölünərək aylıq 590,2 manat pensiya məbləği müəyyən ediləcək. Yekun aylıq pensiya isə 590,2 manat və təyin olunacaq sabit əlavənin cəmindən ibarət olacaq.

Deputatın sözlərinə görə, qanundakı digər mühüm yenilik pensiya və əlavələrin tam elektron, proaktiv qaydada təyin edilməsidir.

“Vətəndaşlar heç bir dövlət qurumuna müraciət etmədən pensiya məbləğləri avtomatik müəyyənləşdiriləcək”, – deyə o vurğulayıb.

Aylıq sabit əlavələrin məbləği və pensiyaların təyin edilməsi üzrə səlahiyyətli qurum isə qanun təsdiqlənərkən imzalanacaq müvafiq Prezident Fərmanı ilə müəyyən olunacaq.

MüəllifFərid Mustafayev

Xəbəri paylaş

busaat.az/?p=187534