Məzmuna keç
  • Azeri Light99.88 $▲0.76%
  • Brent neft95.58 $▼0.05%
  • WTI neft88.14 $▼0.12%
  • Avropa qazı (TTF)93.70 €▲7.43%
  • Təbii qaz (ABŞ)3.271 $▼1.83%
  • Qızıl3 902 $▼0.39%
  • Gümüş49.97 $▼0.56%
  • Pambıq82.41 ¢▲4.93%
  • Buğda595.25 ¢▲0.68%
  • Bitcoin69 212 $▼3.03%
  • Ethereum1 948 $▼3.43%
  • S&P 5007 592▼0.33%
16°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Cəmiyyət

Dövlət saytlarımıza hücumu kimin törətdiyi BƏLLİ OLDU – RƏSMİ – FOTO

image-1792152187_2
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

13–15 oktyabrda Azərbaycan informasiya resurslarına qarşı paylanmış xidmətdən imtina (DDoS) hücumları həyata keçirilib.

Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Milli Kibertəhlükəsizlik Agentliyi (MKA) məlumat yayıb.

Bildirilib ki, “Telegram” platformasında fəaliyyət göstərən “313 Team” adlı haktivist qruplaşması hücumlara görə məsuliyyəti öz üzərinə götürüb. Hücumlar zamanı dövlət qurumlarının, media təşkilatlarının, Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəliklərinin və digər təşkilatların informasiya resursları hədəfə alınıb.

Milli CERT tərəfindən aparılan texniki araşdırmalar nəticəsində hücumların həyata keçirilməsində “Litterbox” (“Catbox” adı ilə də tanınan) adlı kommersiya DDoS xidmətindən istifadə edildiyi müəyyən olunub.

Sözügedən xidmət “Telegram” kanalları vasitəsilə təqdim edilir və ödənişlər kriptovalyuta ilə qəbul olunur.

Xidmət GRE, ICMP, UDP və TCP kimi müxtəlif şəbəkə protokolları üzərindən intensiv trafik yaradaraq hədəf resursların əlçatanlığını pozmağa yönəlmiş hücumlar həyata keçirməyə imkan verir.

Kommersiya botnet xidmətlərindən istifadə DDoS hücumlarının təşkilini asanlaşdıran amillərdən biridir. Bu cür xidmətlər hücumların texniki imkanlarını genişləndirərək müxtəlif təşkilatların informasiya resursları üçün əlavə kibertəhlükəsizlik riskləri yaradır.

Araşdırma zamanı, həmçinin xidmətin hücum trafikinin əvvəlcədən seçilmiş ölkələrdə yerləşən botlar vasitəsilə yönləndirilməsinə imkan verdiyi müəyyən edilib. Bu xüsusiyyət hücum trafikinin coğrafi mənşəyinə əsaslanan müdafiə tədbirlərinin effektivliyini azalda bilər.

Milli CERT tərəfindən analoji kibertəhdidlərin araşdırılması, informasiya resurslarının mühafizəsinin gücləndirilməsi və mümkün insidentlərin təsirinin azaldılması istiqamətində tədbirlər davam etdirilir. Araşdırılan hücum kampaniyasına aid komprometasiya indikatorları Agentliyin aktiv istifadə etdiyi İnsident Məlumatlarının Mübadiləsi Platformasına (misp.cert.az) əlavə edilib.

Müvafiq təşkilatlara informasiya resurslarının dayanıqlılığını artırmaq, şəbəkə trafikini davamlı monitorinq etmək və DDoS hücumlarına qarşı mühafizə mexanizmlərini gücləndirmək tövsiyə olunur.

image-1792152082_1

MüəllifFərid Mustafayev

Xəbəri paylaş

busaat.az/?p=187496