Thonqlun Sisulit: Laosun AQEM-ə üzv qəbul olunması bizim üçün dönüş nöqtələrindən biridir

image-0dwyqtsclghh6amjaaeulp95nqjmmp4z96ejxqor_1200-768x403backend
image-uzb_ads_desk

Laosun AQEM-ə üzv qəbul olunması ölkə üçün dönüş nöqtələrindən biridir.

Bunu Laos Prezidenti Thonqlun Sisulit Bakıda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Toplantısında deyib.

O, ölkəsinin AQEM-in işinə töhfə verməyə hazır olduğunu bəyan edib:

“Bu bizim üçün dönəm nöqtələrindən biridir. AQEM-i əməkdaşlıq platforması kimi görürük və təşkilatın işinə, dünyada uzunmüddətli sülhün qorunmasına töhfə verməyə hazırıq. AQEM-ə üzvlük bizim üçün böyük məsuliyyət yaradır. Sülh, dostluq və əməkdaşlıq prinsiplərinə sadiq qalacağımıza söz veririk”.

Laos Prezidenti çıxışında Azərbaycanı təhlükəsiz dəhliz olaraq gördüklərini də vurğulayıb: “Bölgə ölkələrinin, təşkilata üzv dövlələrin dayanıqlı inkişafı üçün əlaqələrimizin genişlənməsi vacibdir. Biz AQEM-in prinsiplərinə xidmət etməyə hazırıq”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki