Bakıda yəhudi mənşəli şagirdlər də məktəbə vahid geyim formasında gəlirlər – VİDEO

image-2026-10-14-14-37-54aruugpkm3drjilpup6go_file-768x403backend
image-uzb_ads_desk

Bakıda yəhudiəsilli vətəndaşların da təhsil aldığı 152 nömrəli tam orta məktəbdə (“Xabad Or-Avner” məktəbi) şagirdlər dərsə məktəbli formasında gedir, müəyyən olunmuş geyim tələblərinə əməl edirlər.

Busaat.az Günaz TV-yə istinadən xəbər verir ki, təhsil müəssisəsinin şagirdləri digər məktəblilərlə eyni qaydada vahid məktəbli forması geyinir, əlavə aksesuarlardan istifadəyə yol verilmir.

Valideynlər də yeni qərardan sonra övladlarının məktəbə hansı geyimdə gəlməsinə daha ciddi nəzarət etdiklərini bildirirlər. Onların sözlərinə görə, uşaqların müəyyən olunmuş geyim tələblərinə uyğun şəkildə dərsə gəlməsinə xüsusi diqqət yetirirlər.

Həmin görüntüləri təqdim edirik:


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki