Putin İlham Əliyevi Rusiyaya dəvət etdi

image-1791541596_2024-08-23-12-19-52nncjvy4weu05wd2lyj07_filebackend
image-uzb_ads_desk

Rusiya Prezidenti Vladimir Putin Müstəqil Dövlətlər Birliyindən (MDB) olan həmkarlarını dekabrın 21-də Sankt-Peterburqda keçiriləcək ənənəvi Yeni il öncəsi qeyri-rəsmi sammitə dəvət edib.

Rusiya lideri qeyri-rəsmi sammitdə bir sıra məsələlərin müzakirəsi üçün imkanın yaranacağını deyib.

“Əlbəttə, yaxşı ənənəyə sadiq qalaraq, əziz dostlar, hamınızı dekabrın 21-də ənənəvi qeyri-rəsmi, dostluq görüşü üçün toplaşdığımız Sankt-Peterburqa dəvət etmək istəyirəm”, – Putin MDB liderlərinin Türkmənistanda keçirilən qapalı görüşündə bildirib.

Rusiya Prezidenti Yeni il öncəsi görüşün gündəliyinə də toxunub: “Bütün cari və gələcək məsələləri müzakirə edə bilərik”.

Xatırladaq ki, MDB liderlərinin Türkmənistanda keçirilən görüşündə Azərbaycan Prezidenti İlham Əliyev də iştirak edir.// Teleqraf


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki