Məzmuna keç
  • Azeri Light106.84 $▲0.03%
  • Brent neft98.70 $▼0.96%
  • WTI neft91.23 $▼0.24%
  • Avropa qazı (TTF)85.85 €▼4.23%
  • Təbii qaz (ABŞ)2.991 $▲1.18%
  • Qızıl4 060 $▲0.16%
  • Gümüş51.88 $▲0.64%
  • Pambıq78.34 ¢▼0.01%
  • Buğda588.50 ¢▼1.13%
  • Bitcoin75 698 $▼0.35%
  • Ethereum2 231 $▼0.19%
  • S&P 5007 354▼4.36%
13°Bakı
  • USD1.7000
  • EUR1.9148▲0.0051
  • 100 RUB2.0782▼0.0014
  • GBP2.2935▲0.0054
  • TRY0.0340
  • AED0.4628
  • CNY0.2549▲0.0006
  • GEL0.6554▲0.0006
  • 100 KZT0.3757▼0.0002
  • UAH0.0373
  • 100 JPY1.0765▼0.0006
  • CHF2.0878▲0.0046
  • USD1.7000
  • EUR1.9148▲0.0051
  • 100 RUB2.0782▼0.0014
  • GBP2.2935▲0.0054
  • TRY0.0340
  • AED0.4628
  • CNY0.2549▲0.0006
  • GEL0.6554▲0.0006
  • 100 KZT0.3757▼0.0002
  • UAH0.0373
  • 100 JPY1.0765▼0.0006
  • CHF2.0878▲0.0046
Cəmiyyət

Hərbi yürüşlərə görə bu yollar bağlı olacaq

Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

8 Noyabr – Zəfər Günü münasibətilə noyabrın 9-da Bakının bir sıra küçə və prospektlərində hərbi qulluqçuların yürüşləri təşkil olunacaq. Yürüşlər hərbi orkestrlərin müşayiəti ilə beş fərqli istiqamət üzrə keçiriləcək.

Bununla əlaqədar Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi hərəkətin məhdudlaşdırılacağı marşrutları açıqlayıb.

Məlumata görə, hərbi qulluqçular noyabrın 9-da saat 11:00-dan 13:00-dək aşağıdakı istiqamətlərdə hərəkət edəcəklər:

I marşrut: Heydər Əliyev Sarayı – Bülbül prospekti – Nizami Kino Mərkəzi – Neftçilər prospekti – Azadlıq meydanı – Dəniz Vağzalı.

II marşrut: Şəhidlər Xiyabanı – “Alov Qüllələri” Kompleksi – Çəmbərəkənd parkı – “İçərişəhər” metro stansiyası – Qala qapısı – Azərbaycan Dövlət Kukla Teatrı – Azneft dairəsi – Bəhram Gur heykəli.

III marşrut: Q.Musabəyov parkı – Əbdürrəhim bəy Haqverdiyev küçəsi – Hüseyn Cavid prospekti – Hüseyn Cavid parkı – Parlament prospekti – Şəhidlər Xiyabanı.

IV marşrut: “Olimpik Star” İdman və Əyləncə Mərkəzi – Səməd Vurğun küçəsi – Zabitlər parkı – Bakı Dövlət Sirki – Heydər Əliyev Sarayı – İmadəddin Nəsimi heykəli – Neftçilər prospekti.

V marşrut: Nəriman Nərimanov heykəli – Mərkəzi Park – Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı – Qış parkı – Heydər Əliyev Sarayı – Azərbaycan Respublikasının Mərkəzi Bankı – 28 Mall Ticarət Mərkəzi.

Dövlət Yol Polisi sürücülərə və digər hərəkət iştirakçılarına əvvəlcədən marşrutlarını planlaşdırmağı, qeyd olunan istiqamətlərdə yarana biləcək sıxlığı nəzərə almağı və mümkün olduğu təqdirdə alternativ yollardan istifadə etməyi tövsiyə edib.

MüəllifFərid Mustafayev

Xəbəri paylaş

busaat.az/?p=188475