Məzmuna keç
  • Azeri Light106.84 $▲0.03%
  • Brent neft98.25 $▼1.41%
  • WTI neft90.77 $▼0.74%
  • Avropa qazı (TTF)86.40 €▼3.61%
  • Təbii qaz (ABŞ)3.010 $▲1.83%
  • Qızıl4 075 $▲0.53%
  • Gümüş51.95 $▲0.79%
  • Pambıq78.70 ¢▲0.45%
  • Buğda591.75 ¢▼0.59%
  • Bitcoin75 923 $▼0.06%
  • Ethereum2 232 $▼0.11%
  • S&P 5007 354▼4.36%
13°Bakı
  • USD1.7000
  • EUR1.9037▼0.0111
  • 100 RUB2.0840▲0.0058
  • GBP2.2834▼0.0101
  • TRY0.0339▼0.0001
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▲0.0007
  • 100 KZT0.3768▲0.0011
  • UAH0.0375▲0.0002
  • 100 JPY1.0768▲0.0003
  • CHF2.0807▼0.0071
  • USD1.7000
  • EUR1.9037▼0.0111
  • 100 RUB2.0840▲0.0058
  • GBP2.2834▼0.0101
  • TRY0.0339▼0.0001
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▲0.0007
  • 100 KZT0.3768▲0.0011
  • UAH0.0375▲0.0002
  • 100 JPY1.0768▲0.0003
  • CHF2.0807▼0.0071
Cəmiyyət

İnəkdən sağılan süd də uçota alınacaq

Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Azərbaycanda kənd təsərrüfatı təsərrüfatlarında istehsal edilən süd və yumurtanın ümumi miqdarı yeni qayda ilə qeydə alınacaq.

Yeni uçot qaydasına əsasən, əvvəlki il ərzində təsərrüfatda sağılmış südün ümumi miqdarı hesablanarkən yalnız satılan məhsul deyil, şəxsi istehlaka sərf edilən, natura formasında dəyişdirilən, pay şəklində verilən və heyvanların balalarına içirdilən süd də nəzərə alınacaq.

Təsərrüfat tərəfindən kənardan alınan süd isə istehsal göstəricisinə daxil edilməyəcək.

Yumurta istehsalında da oxşar qayda tətbiq olunacaq. Belə ki, yumurtaların satılması, şəxsi istehlak, inkubasiya və ya digər məqsədlər üçün istifadə edilməsindən asılı olmayaraq onların hamısı hesablanacaq.

İllik süd istehsalına dair dəqiq məlumat olmadıqda göstərici sağmal heyvanların sayı, bir heyvandan gündəlik orta süd verimi və faktiki sağım dövrünün müddəti əsasında müəyyənləşdiriləcək.

Məsələn, təsərrüfatda üç sağmal inək saxlanılırsa, hər birindən gündə orta hesabla səkkiz litr süd əldə edilirsə və sağım dövrü 300 gün davam edirsə, illik süd istehsalı 7 200 litr kimi qeydə alınacaq.

Yumurta istehsalı da dəqiq illik say məlum olmadıqda yumurtlayan quşların sayı və müxtəlif dövrlər üzrə orta yumurtlama səviyyəsi əsasında hesablana bilər. Qaydada göstərilən nümunəyə əsasən, 10 yumurtlayan toyuqdan gündə orta hesabla beş yumurta əldə edilərsə, illik istehsal 1 825 ədəd təşkil edəcək.

Qeyd edilənlər 2027-ci il yanvarın 1-dən tətbiq olunacaq.// oxu.az

MüəllifFərid Mustafayev

Xəbəri paylaş

busaat.az/?p=188436