Məzmuna keç
  • Azeri Light106.84 $▲0.03%
  • Brent neft99.88 $▼0.45%
  • WTI neft91.65 $▼0.42%
  • Avropa qazı (TTF)89.64 €▲5.42%
  • Təbii qaz (ABŞ)2.980 $▼0.10%
  • Qızıl4 056 $▲0.17%
  • Gümüş51.38 $▼0.07%
  • Pambıq78.45 ¢▲0.47%
  • Buğda596.25 ¢▲0.25%
  • Bitcoin75 358 $▼0.80%
  • Ethereum2 215 $▼0.88%
  • S&P 5007 354▼4.36%
11°Bakı
  • USD1.7000
  • EUR1.9097▲0.0074
  • 100 RUB2.0796▼0.0147
  • GBP2.2881▲0.0087
  • TRY0.0340
  • AED0.4628
  • CNY0.2543▼0.0005
  • GEL0.6548▼0.0004
  • 100 KZT0.3759▲0.0008
  • UAH0.0373▲0.0001
  • 100 JPY1.0771▲0.0004
  • CHF2.0832▲0.0056
  • USD1.7000
  • EUR1.9097▲0.0074
  • 100 RUB2.0796▼0.0147
  • GBP2.2881▲0.0087
  • TRY0.0340
  • AED0.4628
  • CNY0.2543▼0.0005
  • GEL0.6548▼0.0004
  • 100 KZT0.3759▲0.0008
  • UAH0.0373▲0.0001
  • 100 JPY1.0771▲0.0004
  • CHF2.0832▲0.0056
Cəmiyyət

Multikulturalizm gücümüzdür: bu dəyəri qoruyaq, sui-istifadəyə imkan verməyək

Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Müasir dünyada xalqların qarşısında duran ən mühüm vəzifələrdən biri öz milli kimliyini qorumaqla yanaşı, başqa mədəniyyətlərə, dinlərə və dünyagörüşlərinə hörmət etməyi bacarmaqdır. Bu, sadəcə, xoş münasibət məsələsi deyil. Bu, cəmiyyətin mədəni səviyyəsini, mənəvi yetkinliyini və gələcəyə nə dərəcədə sağlam baxdığını göstərən mühüm bir meyardır.

Azərbaycan bu baxımdan cox zəngin tarixi təcrübəyə malikdir. Ölkəmizin mədəni həyatında müxtəlif xalqların, dini icmaların və ənənələrin izləri ilə daim rastlaşırıq. Bu müxtəliflik Azərbaycanın mənəvi sərvətinin bir hissəsidir. Multikulturalizmi qorumaq, ənənələrinə sadiq qalmaq ilk növbədə, öz tariximizə, mədəni irsimizə və cəmiyyətimizin sağlam təməllərinə hörmət etmək deməkdir.

Burada bir məqamı xüsusi olaraq vurğulamaq lazımdır: Multikulturalizm yalnız fərqli dinlərin və mədəniyyətlərin yanaşı yaşaması deyil. Əsl multikulturalizm insanın mənşəyinə, dini inancına və etnik mənsubiyyətinə görə ayrı-seçkiliyə məruz qalmadığı, özünü cəmiyyətin bərabərhüquqlu üzvü hiss etdiyi mühitdir. Bu mühitin yaranması isə həm dövlətin, həm ictimai institutların, həm də hər birimizin dərin məsuliyyətindən asılıdır. Təsadüfi deyildir ki, Azərbaycanın  multikulturalizm modeli dünyada xüsusi seçilən  modellərdən bir hesab olunur və bu təcrübə bir çox ölkələr tərəfindən öyrənilir.

Amma hər bir dəyər kimi, Multikulturalizm də sui-istifadə cəhdlərindənsığortalanmayıb. Təəssüf ki, müasir dünyada bəzən dini və etnik həssaslıqlar siyasi məqsədlər üçün alətə çevrilir. Ayrı-ayrı hadisələr şişirdilir, faktlar təhrif olunur, müəyyən, ayrı-ayrı şəxslərin və kiçik birləşmələrin hərəkətləri bütöv xalqların və ya dini icmaların adına yazılır. Burada ən əsas məqsəd həqiqəti araşdırmaq əvəzinə insanlar arasında şübhə toxumu səpmək, qarşıdurma yaratmaq, bu qarşıdurmanı dərinləşdirmək və cəmiyyətdə olan etimadı sarsıtmağa hesablanmış hərəkətlər  ki, bütün bunlar da təbii ki, qərəzli qüvvələrin həmişə istifadə etdiyi “ucuz” alətlərdən hesab olunur.

Bu təhlükə hazırda xüsusilə sosial şəbəkələrdə özünü çox qabarıq göstərir. Yoxlanılmamış məlumatlar, emosional paylaşımlar, təhrif edilmiş görüntülər və qəsdən yayılan yalanlar bəzən real həqiqətdən daha sürətlə yayılır.  Bəzən insanlar  belə qərəzli  məlumatın mənbəyini araşdırmadan onun təsiri altına düşürlər  və bir çox hallarda aldadılaraq özlərindən asılı olmayaraq, süni şəkildə yaradılmış bu qarşıdurmaların iştirakçısına çevrilə bilirlər.

Fikrimizcə, belə hallara qarşı mübarizədə ən vacib şərt emosiyalara qapılmadan düşünmək, hər məlumatı yoxlamaq və ayrı-ayrı şəxslərin davranışlarını bütöv bir icmaya şamil etməməkdir. Belə hallarda yaxısı olar ki, hər kəs dövlətin informasiya resurslarından məlumatı ya alsın, ya da onları  müxtəlif obyektiv mənbələrlə müqayisə etsin.  Məhz bu sadə həqiqəti unutduğumuz zaman, ədalətli mühakimə yürütmək qabiliyyətimizi də itiririk.

Mədəni müxtəlifliyi qorumaq istəyiriksə, ilk növbədə, qanunlar və dövlətin tətbiq etdiyi qaydalara  söykənməliyik. İnsanlar öz hüquqlarının qorunduğuna, fikirlərinin eşidildiyinə və mənsubiyyətlərinə görə fərqli münasibətlə üzləşmədiklərinəinanmalıdırlar. Çünki qarşılıqlı etimadın olmadığı yerdə tolerantlıq yalnız söz kimi işlənə bilir.

Multikulturalizmin daha da dərinləşməsi və uğurlu olması işi şübhəsiz həm də maariflənmənin aparılması işindən asılı olur. Yəni bu işidə digər mühüm məsələ  məhz  maariflənməninaparılmasıdır.  Xüsusilə, gənclərimiz müxtəlif xalqların tarixini, mədəniyyətini və dini ənənələrini öyrənməklə yanaşı, informasiya manipulyasiyalarını tanımağı da bacarmalıdırlar.  Bu anlamda ölkəmizə qarşı olan ideoloji basqılara qarşı biz daima dayanıqlı olmalıyıq. Bunun üçün ilk növbədə düşünürəm ki, gənclərə hər deyilənə inanmağı deyil, faktları araşdırmağı, mənbələri müqayisə etməyi və müstəqil düşünməyi öyrətmək lazımdır. Çünki, savadlı və tənqidi düşünən cəmiyyətin aldadılması daha çətindir.

Hesab edirəm ki, Azərbaycan Multikulturalizm ənənələrini yalnız tədbirlərdə  və çıxışlarda təqdim etməklə kifayətlənməməliyik. Bu dəyərlər gündəlik həyatımızda, təhsilimizdə, ictimai münasibətlərimizdə, mediada və insanlara münasibətimizdə də özünü  daha dərindən göstərməlidir və göstərir.  Bu Azərbaycan multikulturalizminin ən böyük uğurlarından biridir.

Unutmamalıyıq ki, milli birlik bizim hər birimizin fəaliyyətindən və məsuliyyətindən asılıdır.  İnsanları birləşdirən əsas amillər həm də ortaq vətəndaşlıq, qanun qarşısında  və vətənə məsuliyyət, qarşılıqlı hörmət ola bilər. Mədəni fərqlər isə bu birliyi daha da möhkəmləndirir; düzgün münasibətlər, qurmaqla cəmiyyətin mənəvi zənginliyini artırmaq.

Bu gün qarşımızda duran ən vacib vəzifə həm multikultural dəyərləri qorumaq, həm də bu dəyərlərdən sui-istifadə etməyə çalışan istənilən qüvvənin manipulyasiyalarına qarşı ayıq və qətiyyətli olmaqdır. Azərbaycanın multikulturalizm modeli ilə dərindən tanışlıq göstərir ki, multikulturalizm zəiflik, başqalarına biganəlik və ya kimlərinsə təsiri altına düşmək deyil; əksinə, cəmiyyətin mənəvi gücünün göstəricisidir.

Ölkəmizin mədəni zənginliyini qorumaq hər birimizin vətəndaşlıq borcudur. Biz bu dəyəri hörmətlə yaşatmalı, eyni zamanda onu xaricdən qidalanan qərəzli siyasi manipulyasiyaların və süni qarşıdurmaların alətinə çevirmək istəyən cəhdlərə qarşı düşünülmüş, sərt mövqe nümayiş etdirməliyik. Çünki multikulturalizmin əsl qələbəsi fərqli insanların sadəcə eyni ölkədə yaşaması deyil, onların bir-birinə hörmət edərək ortaq gələcək qura bilməsidir.

AMEA Fəlsəfə və Sosialogiya İnstitutunun aparıcı elmi işçisi, Fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Nicat Kamran oğlu Məmmədov

MüəllifFərid Mustafayev

Xəbəri paylaş

busaat.az/?p=188409