Məzmuna keç
  • Azeri Light106.81 $▼5.85%
  • Brent neft97.40 $▲4.07%
  • WTI neft89.91 $▲3.75%
  • Avropa qazı (TTF)89.28 €▲5.00%
  • Təbii qaz (ABŞ)2.938 $▲0.20%
  • Qızıl4 130 $▼0.49%
  • Gümüş52.62 $▼0.89%
  • Pambıq78.77 ¢▲0.88%
  • Buğda602.25 ¢▲0.42%
  • Bitcoin79 588 $▼1.04%
  • Ethereum2 386 $▼1.48%
  • S&P 5007 689▲1.59%
16°Bakı
  • USD1.7000
  • EUR1.9148▲0.0051
  • 100 RUB2.0782▼0.0014
  • GBP2.2935▲0.0054
  • TRY0.0340
  • AED0.4628
  • CNY0.2549▲0.0006
  • GEL0.6554▲0.0006
  • 100 KZT0.3757▼0.0002
  • UAH0.0373
  • 100 JPY1.0765▼0.0006
  • CHF2.0878▲0.0046
  • USD1.7000
  • EUR1.9148▲0.0051
  • 100 RUB2.0782▼0.0014
  • GBP2.2935▲0.0054
  • TRY0.0340
  • AED0.4628
  • CNY0.2549▲0.0006
  • GEL0.6554▲0.0006
  • 100 KZT0.3757▼0.0002
  • UAH0.0373
  • 100 JPY1.0765▼0.0006
  • CHF2.0878▲0.0046
Cəmiyyət

Bu hallarda aliment ödəmək tələb olunmur – QANUN NƏ DEYİR?

Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Azərbaycanda aliment öhdəliyinin hansı hallarda başa çatması məsələsi valideynlər və aliment alan şəxslər üçün maraq doğurur. Uşağın yetkinlik yaşına çatması, övladlığa götürülməsi və ya aliment alan şəxsin maddi vəziyyətinin dəyişməsi ödənişə təsir göstərə bilər.

Bəs qanunvericiliyə görə, aliment hansı hallarda dayandırılır və kimlər aliment ödəmək öhdəliyindən azad olunur?

Mövzu ilə bağlı danışan hüquqşünas Toğrul Məmmədov bildirib ki, məhkəmə qaydasında tutulan alimentin ödənilməsinə qanunvericilikdə nəzərdə tutulan bir sıra hallarda xitam verilir.

Onun sözlərinə görə, ilk növbədə, uşaq yetkinlik yaşına çatdıqda aliment öhdəliyi başa çatır. Həmçinin aliment ödənilən uşaq başqa şəxs tərəfindən övladlığa götürüldükdə də bu öhdəliyə xitam verilir.

Hüquqşünas qeyd edib ki, aliment alan şəxsin maddi yardıma ehtiyacının aradan qalxdığı və ya əmək qabiliyyətinin bərpa olunduğu məhkəmə tərəfindən müəyyən edildikdə də aliment ödənişi dayandırılır.

Bundan başqa, aliment alan və ya aliment ödəyən şəxsin vəfat etməsi də öhdəliyə xitam verilməsi üçün əsasdır.

Toğrul Məmmədovun sözlərinə görə, əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyac duyan ər və ya arvad yeni nikaha daxil olduqda da aliment ödənişinə xitam verilir.

Beləliklə, alimentin ödənilməsi yalnız tərəflərin razılığı ilə deyil, qanunvericilikdə müəyyən edilmiş hüquqi əsaslar yarandıqda dayandırıla bilər.// Konkret.az

MüəllifFərid Mustafayev

Xəbəri paylaş

busaat.az/?p=188398