
Bakı sakinlərinə MÜHÜM XƏBƏR: Piyada keçidlərinə lift quraşdırılacaq
Bakı Şəhər İcra Hakimiyyətinin “Lifttəmir” İstehsalat Birliyi paytaxtın yeraltı və yerüstü piyada keçidlərində lift, eskalator və platformaların yenilənməsi, eləcə də əsaslı təmiri üzrə işlər həyata keçirir.
Birinci satınalma müqaviləsi çərçivəsində Bakı şəhərinin 19 fərqli ünvanında yerləşən keçidlərdə liftlərin yenilənməsi, əsaslı təmiri, eskalatorların və əlil arabaları üçün nəzərdə tutulmuş platformaların yeniləri ilə əvəzlənməsi həyata keçiriləcək və bu işlərə 9 milyon 991 min 530 manat ayrılıb.
İkinci müqavilə isə paytaxtın 12 fərqli ünvanındakı keçidləri əhatə edir. Burada lift, eskalator, travelator, eləcə də əlil arabaları üçün platformaların yeni avadanlıqlarla əvəz olunması nəzərdə tutulur ki, bu layihənin də dəyəri 9 milyon 998 min 650 manat təşkil edir.
Ümumilikdə bu işlərin həyata keçirilməsinə 19 milyon 990 min 180 manat məbləğində vəsaitin yönəldilməsi paytaxtın piyada infrastrukturunun təhlükəsizliyinin və rahatlığının təmin olunmasına xidmət edəcək.// yenisabah






















