
Rusiya və Ukrayna arasında növbəti danışıqlar nə vaxt keçiriləcək? – Kreml AÇIQLADI

Əbu-Dabidə Rusiya, Ukrayna və ABŞ arasında keçiriləcək üçtərəfli danışıqların növbəti raundunun tarixi hələ müəyyən edilməyib.
Busaat. az xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, Moskva danışıqların davam etdiriləcəyinə ümid edir.
“Hələlik konkret tarix müəyyən edilməyib. Lakin bu danışıqların davam etdirilməsinin zəruriliyi ilə bağlı anlaşma var”, – deyə Kreml rəsmisi vurğulayıb.
Qeyd edək ki, Rusiya və Ukrayna arasında ABŞ-nin iştirakı ilə son üçtərəfli danışıqlar noyabrın 10-11-də Əbu-Dabidə keçirilib. Görüş zamanı tərəflər hərbi əsirlərin növbəti genişmiqyaslı mübadiləsi barədə razılığa gəliblər. Lakin mübadilə hələ də həyata keçirilməyib.
Şəhla Sabirli























