Məzmuna keç
  • Gümüş41.07 $▼0.70%
  • Pambıq79.30 ¢▼0.86%
  • Buğda592.00 ¢▼0.04%
  • Bitcoin57 809 $▼1.71%
  • Ethereum1 639 $▲1.20%
  • S&P 5006 910▼3.72%
  • Azeri Light98.41 $▲0.00%
  • Brent neft89.95 $▼0.11%
  • WTI neft83.41 $▲0.51%
  • Avropa qazı (TTF)88.45 €▲4.74%
  • Təbii qaz (ABŞ)3.748 $▲16.00%
  • Qızıl3 515 $▼0.50%
16°Bakı
  • USD1.7000
  • EUR1.8548▼0.0121
  • 100 RUB2.0745▼0.0064
  • GBP2.2166▼0.0118
  • TRY0.0336
  • AED0.4628
  • CNY0.2552▲0.0005
  • GEL0.6555▼0.0011
  • 100 KZT0.3731▼0.0001
  • UAH0.0376▼0.0002
  • 100 JPY1.0694▲0.0001
  • CHF2.0206▼0.0038
  • USD1.7000
  • EUR1.8548▼0.0121
  • 100 RUB2.0745▼0.0064
  • GBP2.2166▼0.0118
  • TRY0.0336
  • AED0.4628
  • CNY0.2552▲0.0005
  • GEL0.6555▼0.0011
  • 100 KZT0.3731▼0.0001
  • UAH0.0376▼0.0002
  • 100 JPY1.0694▲0.0001
  • CHF2.0206▼0.0038
  • USD1.7000
  • EUR1.8548▼0.0121
  • 100 RUB2.0745▼0.0064
  • GBP2.2166▼0.0118
  • TRY0.0336
  • AED0.4628
  • CNY0.2552▲0.0005
  • GEL0.6555▼0.0011
  • 100 KZT0.3731▼0.0001
  • UAH0.0376▼0.0002
  • 100 JPY1.0694▲0.0001
  • CHF2.0206▼0.0038
  • USD1.7000
  • EUR1.8548▼0.0121
  • 100 RUB2.0745▼0.0064
  • GBP2.2166▼0.0118
  • TRY0.0336
  • AED0.4628
  • CNY0.2552▲0.0005
  • GEL0.6555▼0.0011
  • 100 KZT0.3731▼0.0001
  • UAH0.0376▼0.0002
  • 100 JPY1.0694▲0.0001
  • CHF2.0206▼0.0038
Cəmiyyət

Yoxlasan, babası lütün biri çıxacaq — Siyavuş Novruzov

Yoxlasan, babası lütün biri çıxacaq — Siyavuş Novruzov
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Milli Məclisdə "Maraqlar toqquşması haqqında" qanun layihəsinin müzakirəsi zamanı bəzi məmurların qanunsuz əldə etdikləri sərvəti qohumlarının və ailə üzvlərinin adına rəsmiləşdirməsi məsələsi gündəmə gəlib.

Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov parlamentin iclasında çıxışı zamanı korrupsiya ilə mübarizədə gəlir və əmlak bəyannamələrinin əhəmiyyətindən danışıb.

Deputat bildirib ki, bəzi vəzifəli şəxslər qanunsuz yollarla əldə etdikləri pulları yaxınlarının adına rəsmiləşdirərək özlərini əmlaksız göstərməyə çalışırlar.

"Son dövrlər korrupsiyaya qarşı mübarizə çərçivəsində məsuliyyətə cəlb edilən bəzi vəzifəli şəxslərin qanunsuz yollarla əldə etdikləri vəsaitləri ailə üzvlərinin, qohumlarının və yaxın çevrələrinin adına rəsmiləşdirməsi halları ilə rastlaşılır. Belə hallarda vəzifəli şəxslərin öz adlarına hər hansı əmlakın olmaması, hətta yaşayış evlərinin belə başqa şəxslərin adına rəsmiləşdirilməsi cəmiyyətdə haqlı narazılıq və ikrah yaradır", - o deyib.

S.Novruzovun fikrincə, vəzifəli şəxslərin gəlir və əmlak bəyannamələrinin əvvəlcədən təqdim edilməsi, eləcə də bu məlumatların şəffaf şəkildə yoxlanılması belə halların qarşısını almağa kömək edə bilər.

"Bəzi şəxslər qanunsuz əldə etdikləri vəsaitlərin mənbəyini izah edərkən bunun guya əvvəlki dövrlərdən qaldığını, babalarından miras olduğunu bildirirlər. Halbuki həmin məlumatlar araşdırıldıqda göstərilən sərvətin real mənbəyi ilə bağlı ciddi suallar yaranır. Yoxlasan, babası lütün biri olubdur. Hesab edirəm ki, bəyannamə mexanizmi bütün bu məsələlərin şəffaf şəkildə üzə çıxarılmasına imkan verəcək".

Komitə sədri qanunsuz pulların biznes sahələrinə yatırılmasının sağlam rəqabətə də ciddi zərbə vurduğunu bildirib. Onun sözlərinə görə, bu vəziyyət xüsusilə kiçik və orta sahibkarların fəaliyyətini çətinləşdirir.

"Bu gün ədalətsiz sahibkarlıqla məşğul olan şəxslər oğurladıqları pulları ticarət, tikinti, fermer təsərrüfatları və digər sahələrə yatırmaqla kiçik və orta sahibkarlığın belini qırırlar. Kiçik və orta sahibkarlıqla məşğul olan vətəndaş bankdan 23-24 faizlə kredit götürərək biznes qurmağa çalışır. Digər tərəfdə isə külli miqdarda qanunsuz vəsaitə sahib olan şəxs həmin pulları biznesə yönəldir, məhsulunu maya dəyərindən də aşağı qiymətə satmaq imkanına malik olur. Çünki onun üçün bu, qanuni sahibkarlıq fəaliyyəti deyil, qanunsuz əldə edilmiş vəsaitlərin dövriyyəyə buraxılması vasitəsidir", – deyə deputat bildirib.

O əlavə edib ki, qanunsuz maliyyə imkanlarından istifadə edən sahibkarlarla normal iqtisadi fəaliyyət göstərən şəxslər arasında yaranan qeyri-bərabərlik bölgələrdə biznesin inkişafına da mane olur.

Siyavuş Novruzov korrupsiya ilə mübarizədə yalnız rüşvət alan məmurların deyil, rüşvət təklif edən şəxslərin də məsuliyyət daşımalı olduğunu diqqətə çatdırıb.

"Biz bu məsələdə hər iki tərəfi nəzərə almalıyıq. Məmura təklif edən də var. Əgər rüşvət təklif olunmasa, məmur onu haradan alacaq? Rüşvət təklif edən tərəfi də qınamalı, cəmiyyətə düzgün mesaj verməliyik. Övladını lazımi bilik və bacarıqları, peşəkar hazırlığı olmadan hansısa vəzifəyə gətirmək üçün kiməsə pul təklif etmək, hədiyyələr vermək yolverilməzdir. Bu, təkcə dövlətə deyil, həmin rayonun, qurumun və bütövlükdə idarəetmə sisteminin fəaliyyətinə zərər vurur", – deyə o vurğulayıb.

Deputat çıxışında korrupsiya halları barədə məlumat verən şəxslərin hüquqlarının qorunmasının da vacibliyini qeyd edib.

O bildirib ki, korrupsiya faktlarını açıqlayan şəxslərin təhlükəsizliyinin təmin olunması, müdafiəsi və təşviq edilməsi bu sahədə mübarizənin mühüm istiqamətlərindəndir. Novruzov əvvəlki illərdə qəbul edilmiş müvafiq qanunvericilik mexanizmlərinin yeni qanun layihəsinin məqsədləri ilə uzlaşdığını diqqətə çatdırıb. (modern.az)

MüəllifFərid Mustafayev

Xəbəri paylaş

busaat.az/?p=86842