Məzmuna keç
  • Azeri Light106.84 $▲0.03%
  • Brent neft94.49 $▼3.91%
  • WTI neft87.71 $▼3.94%
  • Avropa qazı (TTF)83.78 €▼2.11%
  • Təbii qaz (ABŞ)3.101 $▲2.58%
  • Qızıl4 137 $▲0.10%
  • Gümüş52.78 $▼0.63%
  • Pambıq79.72 ¢▲1.75%
  • Buğda589.00 ¢▼0.42%
  • Bitcoin74 597 $▼0.17%
  • Ethereum2 117 $▼0.37%
  • S&P 5007 377▲0.27%
7°Bakı
  • USD1.7000
  • EUR1.9037
  • 100 RUB2.0840
  • GBP2.2834
  • TRY0.0339
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3768
  • UAH0.0375
  • 100 JPY1.0768
  • CHF2.0807
  • USD1.7000
  • EUR1.9037
  • 100 RUB2.0840
  • GBP2.2834
  • TRY0.0339
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3768
  • UAH0.0375
  • 100 JPY1.0768
  • CHF2.0807
Dünya

Noyabrın sonunadək üç bürcü böyük dəyişikliklər gözləyir

Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Noyabr ayının sonuna qədər üç bürcün nümayəndəsi üçün uğurlu dövr başlaya bilər. Astroloqlar bu şəxsləri karyera imkanları, maliyyə vəziyyətində yaxşılaşma və şəxsi inkişaf baxımından yeniliklərin gözlədiyini bildirirlər.

Bu barədə astroloq Elizabet Brobek bildirib.

Tərəzi

Noyabr Tərəzilər üçün zəhmətlərinin bəhrəsini görəcəkləri bir dövr ola bilər. Astroloqun fikrincə, oktyabrın əvvəlindən geriləyən və oktyabrın 25-də Tərəzi bürcünə keçən Venera planetinin noyabrın 13-də düz hərəkətə başlaması bu bürcün nümayəndələri üçün əhəmiyyətli dəyişikliklərə yol açacaq.

Uzun müddət nəticəsi görünməyən səylər nəhayət bəhrəsini verə bilər. İşdə, münasibətlərdə və şəxsi inkişafda göstərilən əzmkarlıq müsbət nəticələr gətirəcək. Tərəzilər əvvəlki zəhmətlərinin hədər getmədiyini hiss edə bilərlər.

Şir

Şirlər də noyabrın əsas diqqət mərkəzində olacaq bürclər sırasındadır. Onların xarizması və özünü göstərmək bacarığı yeni imkanlar qazanmağa kömək edə bilər.

Astroloq noyabrın 25-ni Şirlər üçün xüsusi tarix hesab edir. Bu dövrdən etibarən münasibətlərdə harmoniyanın artacağı, maliyyə vəziyyətinin yaxşılaşacağı və əvvəlki maneələrin tədricən aradan qalxacağı proqnozlaşdırılır.

Şirləri yeni tanışlıqlar, karyera uğurları və həyatlarında müsbət dəyişikliklər gözləyə bilər. Əsas məsələ qarşıya çıxan fürsətləri düzgün dəyərləndirməkdir.

Əqrəb

Son həftələr Əqrəblər üçün gərgin keçsə də, astroloq qarşıdakı dövrdə bu bürcün nümayəndələri üçün yeni mərhələnin başlayacağını düşünür. Noyabrın 9-da Əqrəb bürcündə baş verən Yeni Ay şəxsi inkişaf və nailiyyətlər baxımından dönüş nöqtəsi kimi qiymətləndirilir.

Elizabet Brobekin proqnozuna əsasən, Əqrəblər özlərinə daha çox güvənməyə başlayacaq, bacarıqlarına şübhə ilə yanaşmaqdan uzaqlaşacaqlar. Bəzi nümayəndələr vəzifə yüksəlişi təklifi ala, digərləri isə internetdə geniş auditoriyanın diqqətini cəlb edərək populyarlıq qazana bilərlər.

Astroloq Əqrəblər üçün ciddi karyera irəliləyişi və şəxsi inkişaf motivasiyasının artacağını da proqnozlaşdırır. Onun fikrincə, noyabrda başlayacaq dəyişikliklər qarşıdakı aylara, hətta illərə təsir göstərə bilər.//Demokrat.az

MüəllifFərid Mustafayev

Xəbəri paylaş

busaat.az/?p=188523