Məzmuna keç
  • Azeri Light106.84 $▲0.03%
  • Brent neft96.53 $▼1.84%
  • WTI neft89.54 $▼1.94%
  • Avropa qazı (TTF)87.01 €▲1.66%
  • Təbii qaz (ABŞ)3.022 $▼0.03%
  • Qızıl4 108 $▼0.60%
  • Gümüş52.53 $▼1.10%
  • Pambıq79.72 ¢▲1.75%
  • Buğda588.25 ¢▼0.55%
  • Bitcoin74 016 $▼0.95%
  • Ethereum2 103 $▼1.05%
  • S&P 5007 377▲0.27%
8°Bakı
  • USD1.7000
  • EUR1.9037
  • 100 RUB2.0840
  • GBP2.2834
  • TRY0.0339
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3768
  • UAH0.0375
  • 100 JPY1.0768
  • CHF2.0807
  • USD1.7000
  • EUR1.9037
  • 100 RUB2.0840
  • GBP2.2834
  • TRY0.0339
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3768
  • UAH0.0375
  • 100 JPY1.0768
  • CHF2.0807
Dünya

Rusiya bu ölkəyə qarşı da hərəkətə keçir - NATO müharibəyə qoşulur?

Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Finlyandiya Quru Qoşunlarının komandanı general-leytenant Passi Vəliməki “Bloomberg” agentliyinə açıqlamasında ölkəsinin Rusiya ilə sərhəddə tank əleyhinə xəndəklər və maneələrdən ibarət müdafiə xətti inşa etməyi nəzərdən keçirdiyini bildirib.

Fin hərbçiləri Ukrayna müharibəsində istifadə olunan istehkam təcrübəsini dərindən öyrənərək onu yerli şimal iqliminə uyğunlaşdırmağı planlaşdırırlar. İki ölkə arasındakı 1340 kilometrlik sərhəd NATO-nun Rusiya ilə olan ümumi quru sərhədinin yarıya qədərini təşkil edir.

Generalın sözlərinə görə, Moskva müharibəyə baxmayaraq hərbi potensialını sürətlə bərpa edir və bazalara artıq yeni “T-90” tankları, “BMP-3” zirehli maşınları və özüyerən artilleriya qurğuları daxil olur.

Helsinkinin əsas məqsədi Rusiyaya hər hansı bir hücumun uğursuzluğa məhkum olduğunu nümayiş etdirməkdir. Qeyd edək ki, sentyabr ayında Finlyandiya sərhəddə 365 milyon avro dəyərində olan 200 kilometrlik çəpərin inşasını artıq yekunlaşdırıb.//nocommentaz

 

MüəllifFərid Mustafayev

Xəbəri paylaş

busaat.az/?p=188520