Məzmuna keç
  • Azeri Light116.50 $▼7.66%
  • Brent neft102.04 $▼3.10%
  • WTI neft94.84 $▼2.31%
  • Avropa qazı (TTF)89.42 €▼4.32%
  • Təbii qaz (ABŞ)2.908 $▲0.83%
  • Qızıl3 968 $▲0.90%
  • Gümüş50.39 $▲1.60%
  • Pambıq77.29 ¢▼0.34%
  • Buğda599.75 ¢▼0.91%
  • Bitcoin77 126 $▲0.59%
  • Ethereum2 278 $▲1.25%
  • S&P 5007 541▼0.52%
17°Bakı
  • USD1.7000
  • EUR1.9023▲0.0023
  • 100 RUB2.0943▼0.0175
  • GBP2.2794▲0.0025
  • TRY0.0340
  • AED0.4628
  • CNY0.2548▼0.0009
  • GEL0.6552▼0.0009
  • 100 KZT0.3751▲0.0008
  • UAH0.0372▼0.0003
  • 100 JPY1.0767▼0.0004
  • CHF2.0776▲0.0141
  • USD1.7000
  • EUR1.9023▲0.0023
  • 100 RUB2.0943▼0.0175
  • GBP2.2794▲0.0025
  • TRY0.0340
  • AED0.4628
  • CNY0.2548▼0.0009
  • GEL0.6552▼0.0009
  • 100 KZT0.3751▲0.0008
  • UAH0.0372▼0.0003
  • 100 JPY1.0767▼0.0004
  • CHF2.0776▲0.0141
Dünya

Türkiyə seriallarında böhran: Aktyorlardan qonorar endirimi istənilir

Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Türkiyədə televiziya seriallarının reklam gəlirlərinin azalması səbəbindən efirə çıxmasında problemlər yaranıb. Bir sıra məşhur layihələrin yeni bölümlərinin yayımlanmadığı bir vaxtda aktyorlardan qonorarlarında endirim istənildiyi də iddia olunur. “Altı Üstü İstanbul” serialında Nihal obrazını canlandıran Yüsra Geyik isə ona belə bir təklifin gəlmədiyini açıqlayıb.

Bu barədə Türkiyə mediasında məlumat yayılıb.

“Arka Sokaklar” serialında təxminən 15 il Zeliş obrazını canlandıraraq tanınan Yüsra Geyik hazırda “Altı Üstü İstanbul” layihəsində rol alır. Aktrisa müsahibəsində televiziya sektorunda yaşanan çətinliklərdən danışıb.

Onun sözlərinə görə, qonorarının azaldılması ilə bağlı ona müraciət edilməyib. Bununla belə, ümumi vəziyyəti “çox can sıxıcı” adlandıran Geyik serialın ekranlara çıxmasının belə artıq ayrıca mübarizəyə çevrildiyini bildirib.

Aktrisa qeyd edib ki, bir layihənin tamaşaçı rəğbəti qazanması onsuz da çətin prosesdir. İndi isə yayımlanmaqda olan seriallar əlavə maneələrlə üzləşirlər. O, efirə çıxa bilməyən layihələrdə çalışan həmkarlarına dəstəyini ifadə edib və “Allah hamımıza kömək olsun” deyib.

Şəxsi həyatı ilə bağlı sualı zarafatla cavablandırıb

Müsahibə zamanı Yüsra Geyikdən şəxsi həyatı barədə də soruşulub. Serialda Nihalın sevgilisi olduğu halda, aktrisanın real həyatda niyə tək göründüyü ilə bağlı suala o, “Nə bilirsən ki?” cavabını verib.

Ötən ay aktyor Kaan Çakırla sevgili olması barədə yayılan xəbərləri təkzib edən Geyik, haqqında yazılan eşq iddialarının indiyədək heç birinin doğru çıxmadığını gülərək bildirib.

Aktrisa şəxsi həyatını diqqət mərkəzindən uzaq saxlamağı üstün tutduğunu da vurğulayıb. O, münasibətlərin gizli yaşanmasını “çox zərif münasibət” kimi xarakterizə edib.

Qeyd edək ki, reklam gəlirlərindəki azalma fonunda “Halef”, “Sevdiğim Sensin”, “Muhtemel Aşk” və “Kızılcık Şerbeti” seriallarının yeni bölümləri yayımlanmayıb. “Star TV” isə “Başkalarının Hayatı” serialının yeni bölümü əvəzinə təkrar yayım təqdim edib.// Demokrat.az

MüəllifFərid Mustafayev

Xəbəri paylaş

busaat.az/?p=188255