Məzmuna keç
  • Azeri Light116.50 $▼7.66%
  • Brent neft105.01 $▼0.28%
  • WTI neft97.25 $▲0.18%
  • Avropa qazı (TTF)94.86 €▲1.50%
  • Təbii qaz (ABŞ)2.899 $▲0.52%
  • Qızıl3 943 $▲0.25%
  • Gümüş49.67 $▲0.15%
  • Pambıq77.22 ¢▼0.43%
  • Buğda602.75 ¢▼0.41%
  • Bitcoin77 200 $▲0.69%
  • Ethereum2 277 $▲1.21%
  • S&P 5007 541▼0.52%
18°Bakı
  • USD1.7000
  • EUR1.9023▲0.0023
  • 100 RUB2.0943▼0.0175
  • GBP2.2794▲0.0025
  • TRY0.0340
  • AED0.4628
  • CNY0.2548▼0.0009
  • GEL0.6552▼0.0009
  • 100 KZT0.3751▲0.0008
  • UAH0.0372▼0.0003
  • 100 JPY1.0767▼0.0004
  • CHF2.0776▲0.0141
  • USD1.7000
  • EUR1.9023▲0.0023
  • 100 RUB2.0943▼0.0175
  • GBP2.2794▲0.0025
  • TRY0.0340
  • AED0.4628
  • CNY0.2548▼0.0009
  • GEL0.6552▼0.0009
  • 100 KZT0.3751▲0.0008
  • UAH0.0372▼0.0003
  • 100 JPY1.0767▼0.0004
  • CHF2.0776▲0.0141
Cəmiyyət

Siyavuş Novruzov xanımının əleyhinə səs verən deputata GÖRÜN NƏLƏR DEDİ?

Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Parlamentin bugünkü plenar iclasında Səbinə Əliyeva səs çoxluğu ilə yenidən Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) seçilib. İclasda iştirak edən deputatlardan 100 nəfəri onun Ombudsman olmasının lehinə, 1 nəfər əleyhinə səs verib, 7 nəfər isə səsvermədə bitərəf qalıb. Beləliklə, Səbinə Əliyeva növbəti 7 ildə  Azərbaycanın İnsan hüquqları üzrə müvəkkili (Ombudsman) vəzifəsini icra etməyə davam edəcək.

Milli Məclisin Regional məsələlər komitəsinin sədri, Səbinə Əliyevanın həyat yoldaşı Siyavuş Novruzov  səsvermədə iştirak etməyən həmkarının mövqeyini şərh edib:

“Parlamentdir də hər kəs azad səsvermə hüququna malikdir. Odur ki, bununla bağlı nəsə deyə, şərh verə bilmərəm”, – deyə o vurğulayıb.

Xatırladaq ki, Səbinə Əliyeva ilk dəfə 29 noyabr 2019-cu ildə Milli Məclis tərəfindən Azərbaycanın İnsan hüquqları üzrə müvəkkili seçilib. Belə ki, iclasda iştirak edən deputatlardan 104 nəfəri onun Ombudsman olmasının lehinə səs verib. Əleyhinə və bitərəf səs verən deputat olmayıb, səs vermədə iştirak etməyən 1 deputat olub.

Qeyd edək ki, Səbinə Yaşar qızı Əliyeva 7 may 1980-ci ildə anadan olub. İxtisasca hüquqşünasdır. Hüquq üzrə fəlsəfə doktoru elmi dərəcəsinə malikdir. O, “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunub. 3-cü dərəcə dövlət müşaviridir. Səbinə Əliyeva Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzovun həyat yoldaşı, Milli Məclisin sabiq vitse-spikeri və Azərbaycanın Çindəki keçmiş səfiri Yaşar Əliyevin qızıdır. Ombudsmanın iki övladı var.//  Modern.az

MüəllifFərid Mustafayev

Xəbəri paylaş

busaat.az/?p=188249