
Hərbi xidmətlə bağlı YENİLİK: 2 İL...
Azərbaycanda leytenant hərbi rütbəsində xidmət müddətinin müəyyənləşdirilməsi qaydasına dəyişiklik edilib.
Bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunlara dəyişiklik layihəsində əksini tapıb.
Dəyişikliyə əsasən, təhsil müddəti 5 il olan xüsusi təyinatlı hərbi təhsil müəssisələrini bitirmiş hərbi qulluqçular üçün leytenant rütbəsində xidmət müddəti 2 il müəyyən edilir. Aviasiyanın uçuş heyətində və sualtı gəmilərdə xidmət edən hərbi qulluqçular üçün isə bu müddət 1 il olacaq.
Həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi digər hallarda da leytenant rütbəsində olma müddəti 1 il təşkil edəcək. Qeyd edək ki, qanun layihəsi müzakirələrdən sonra Milli Məclisdə üçüncü oxunuşda qəbul edilib.// sfera.az






















