Məzmuna keç
  • Azeri Light126.16 $▲3.17%
  • Brent neft108.82 $▼1.06%
  • WTI neft99.80 $▼0.97%
  • Avropa qazı (TTF)99.90 €▼3.89%
  • Təbii qaz (ABŞ)2.934 $▲0.93%
  • Qızıl3 908 $▼0.05%
  • Gümüş50.16 $▲0.14%
  • Pambıq78.60 ¢▲0.52%
  • Buğda605.50 ¢▲0.46%
  • Bitcoin77 979 $▼0.31%
  • Ethereum2 292 $▲0.90%
  • S&P 5007 580▼1.83%
20°Bakı
  • USD1.7000
  • EUR1.9019
  • 100 RUB2.0923
  • GBP2.2760
  • TRY0.0340
  • AED0.4628
  • CNY0.2553
  • GEL0.6551
  • 100 KZT0.3753
  • UAH0.0375
  • 100 JPY1.0800
  • CHF2.0675
  • USD1.7000
  • EUR1.9019
  • 100 RUB2.0923
  • GBP2.2760
  • TRY0.0340
  • AED0.4628
  • CNY0.2553
  • GEL0.6551
  • 100 KZT0.3753
  • UAH0.0375
  • 100 JPY1.0800
  • CHF2.0675
Cəmiyyət

Masaj salonunun sahibəsindən 30 min tələb etdi: hökm oxundu

Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Hafiz Kamranovun sədrliyi ilə vətəndaşa qarşı hədə-qorxu gəlməkdə və dələduzluqda təqsirləndirilən Səid Rüstəmzadənin cinayət işi üzrə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin qərarı ilə təqsirləndirilən Səid Rüstəmzadə 2 il sınaq müddəti olmaqla şərti 5 il azadlıqdan məhrum olunub.

Qeyd edək ki, dövlət ittihamçısı təqsirləndirilən şəxsin 7 il azadlıqdan məhrum olunmasını istəmişdi.

Xatırladaq ki, istintaq materiallarında Bakının Nəsimi rayon ərazisində yerləşən masaj salonunun sahibəsi Gülnarə İsayeva özünü hüquq-mühafizə orqanı əməkdaşı kimi təqdim edən Səid Rüstəmzadə tərəfindən şantaj olunduğunu bildirib.

Təqsirləndirilən Səid Rüstəmzadə özünü İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin rəsmi nümayəndəsi kimi təqdim edərək, G. İsayevaya bundan sonra yalnız onun “nəzarəti” altında işləyə biləcəyini deyib. Bu səbəbdən salon rəhbəri ilk görüş zamanı ona 3 min manat verib. Bundan əlavə, aylıq ödəniş etməyə razılaşıb. Səid salon rəhbərindən ümumilikdə 30 min manat “himayədarlıq haqqı” tələb edib.

Bir müddət sonra S.Rüstəmzadənin heç bir dövlət qurumunda çalışmadığı məlum olub. Şikayət əsasında o, hədə-qorxu vasitəsilə tələb etmə ittihamı ilə həbs edilib. Ona qarşı Cinayət Məcəlləsinin 182.2.4 maddəsi ( Hədə-qorxu ilə tələb etmə – külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə) ilə ittiham irəli sürülüb, barəsində həbs qətimkan tədbiri seçilib.// Lent.az

MüəllifFərid Mustafayev

Xəbəri paylaş

busaat.az/?p=188179