Məzmuna keç
  • Azeri Light106.84 $▲0.03%
  • Brent neft96.56 $▼1.81%
  • WTI neft89.76 $▼1.70%
  • Avropa qazı (TTF)87.28 €▲1.97%
  • Təbii qaz (ABŞ)3.035 $▲0.40%
  • Qızıl4 104 $▼0.70%
  • Gümüş52.52 $▼1.13%
  • Pambıq79.47 ¢▲1.43%
  • Buğda589.50 ¢▼0.34%
  • Bitcoin74 416 $▼0.41%
  • Ethereum2 116 $▼0.41%
  • S&P 5007 377▲0.27%
8°Bakı
  • USD1.7000
  • EUR1.9037
  • 100 RUB2.0840
  • GBP2.2834
  • TRY0.0339
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3768
  • UAH0.0375
  • 100 JPY1.0768
  • CHF2.0807
  • USD1.7000
  • EUR1.9037
  • 100 RUB2.0840
  • GBP2.2834
  • TRY0.0339
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3768
  • UAH0.0375
  • 100 JPY1.0768
  • CHF2.0807
Cəmiyyət

Bakıda torpaqların qiyməti kəskin dəyişdi – Səbəb AÇIQLANDI

Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Bakıda torpaq sahələri sürətlə bahalaşır. Oktyabr ayında paytaxt üzrə torpağın orta qiyməti 17,9 faiz artıb. Ən yüksək bahalaşma Səbail, Yasamal və Nəsimi rayonlarında qeydə alınıb.

Bakıda torpaq niyə bahalaşır?

Əmlak üzrə ekspert Anar Nəsirov deyib ki, şəhərin mərkəzi hissələrində və ona yaxın ərazilərdə torpaq sahələrinin qiymətində 2025-ci illə müqayisədə artım müşahidə olunur:

“Qiymət artımının əsas səbəbi həmin ərazilərdə tikintiyə yararlı torpaqların məhdud olmasıdır. Belə sahələrə həm yeni yaşayış binalarının, həm ticarət obyektlərinin, həm də fərdi yaşayış evlərinin tikintisi üçün sahibkarlar tərəfindən tələbat yüksəkdir. Torpaq sahələrinin sayı azaldıqca qiymətlər də yüksəlir. Bakının mərkəzi hissələrində, eləcə də mikrorayonlarda tikintiyə yararlı torpaq sahələri kifayət qədər azdır. Bu ərazilərdə yeni binalar və ticarət obyektləri inşa etmək istəyən iş adamları həmin torpaqları almaqda maraqlıdırlar. Nəticədə tələb təklifi üstələyir və qiymətlər artır”.

Ekspert bildirib ki, şəhərdən kənar qəsəbə və kəndlərdə çıxarışı olmayan torpaq sahələrinin qiymətində ciddi artım müşahidə edilmir:

“Bunun əsas səbəblərindən biri 2023-cü il oktyabrın 1-dən sənədsiz fərdi yaşayış evlərinin su, qaz və elektrik təchizatına qoşulmasına məhdudiyyətlərin tətbiq edilməsidir. Eyni zamanda, özbaşına tikililərlə bağlı nəzarət tədbirləri də gücləndirilib. Belə evlərdə kommunal xidmətlərdən istifadə etmək və həmin ünvana qeydiyyata düşmək mümkünsüzdür. Sənədsiz torpaqlara marağın azalması çıxarışlı sahələrin əhəmiyyətini artırır. Nəticədə sənədsiz torpaqlar ucuzlaşdığı halda, tikintiyə yararlı və çıxarışı olan torpaq sahələrində qiymət artımı qeydə alınır”.

A.Nəsirov qeyd edib ki, alıcıların çıxarışı olan torpaq sahələrinə üstünlük verməsi bu əmlakların qiymətinə də təsir göstərir:

“Xüsusilə paytaxtın mərkəzi və mərkəzə yaxın hissələrində tikintiyə yararlı torpaqların məhdud olması qiymət artımının əsas səbəblərindən biridir. Paytaxtda tikintiyə yararlı torpaq sahələrinin məhdudluğu gələcəkdə tikinti şirkətlərinin fəaliyyət istiqamətinə də təsir göstərəcək. Hesab edirəm ki, şirkətlər istismar müddəti başa çatmış və qəzalı vəziyyətdə olan yaşayış binalarının, həyət evlərinin və köhnə məhəllələrin sökülərək yerində yeni binaların inşa edilməsində daha maraqlı olacaqlar. Çünki şəhərin mərkəzi hissələrində və mikrorayonlarda yeni tikinti üçün boş torpaq sahələrinin sayı getdikcə azalır. Bu baxımdan köhnə tikililərin yerində yeni yaşayış komplekslərinin inşası daha aktual olacaq. Tələb təklifi üstələdiyi müddətdə torpaq qiymətlərinin hər il müəyyən faizlə artmasını müşahidə edəcəyik. Çünki Bakıda tikintiyə yararlı torpaq sahələrinin həcmi məhduddur və bu imkanlar ildən-ilə daha da azalır”.// globalinfo.az

MüəllifFərid Mustafayev

Xəbəri paylaş

busaat.az/?p=188505