Məzmuna keç
  • Brent neft88.85 $▼1.33%
  • WTI neft81.96 $▼1.24%
  • Avropa qazı (TTF)86.75 €▲2.72%
  • Təbii qaz (ABŞ)3.605 $▲11.58%
  • Qızıl3 580 $▲1.33%
  • Gümüş42.13 $▲1.85%
  • Pambıq79.55 ¢▼0.55%
  • Buğda595.50 ¢▲0.55%
  • Bitcoin61 508 $▼0.65%
  • Ethereum1 734 $▼1.21%
  • S&P 5007 176▼2.00%
15°Bakı
  • USD1.7000
  • EUR1.8637▼0.0044
  • 100 RUB2.0630▼0.0057
  • GBP2.2325▼0.0111
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550
  • GEL0.6564▲0.0011
  • 100 KZT0.3826▼0.0004
  • UAH0.0377▲0.0001
  • 100 JPY1.0653▼0.0028
  • CHF2.0151▼0.0079
  • USD1.7000
  • EUR1.8637▼0.0044
  • 100 RUB2.0630▼0.0057
  • GBP2.2325▼0.0111
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550
  • GEL0.6564▲0.0011
  • 100 KZT0.3826▼0.0004
  • UAH0.0377▲0.0001
  • 100 JPY1.0653▼0.0028
  • CHF2.0151▼0.0079
Cəmiyyət

Azərbaycanda 9 internet provayderi bağlandı

Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Bu ilin iyul-oktyabr aylarında Azərbaycanda 9 internet operator və provayderinin uçotu ləğv edilib.

Sözügedən şirkətlər Naxçıvan MR-nın İnternet və Yeni Texnologiyalarin Tədrisi Mərkəzi, “Ubnet” MMC, “Niant” MMC, “Aznetvork” MMC, “Fizza internet” MMC, “Vorldtech LTD” MMC, “Gammanet” MMC, “Go Telecom” MMC və “Du Telecom” MMC-dir.

Uçotların ləğv edilmə səbəbi bu operator və provayderlərin fəaliyyətini dayandırımasıdır.

“Ubnet” MMC-nin nizamnamə kapitalı 10 manat, qanuni təmsilçisi Əliyev Adil Yusif oğludur. Şirkətin 46 990 manat vergi borcu var. Şirkət 2023-cü ilin avqust ayında uçota alınıb.

“Niant” MMC-nin nizamnamə kapitalı 10 manat, qanuni təmsilçisi Quliyev Hilal Akif oğludur. Şirkət 2023-cü ilin avqust ayında uçota alınıb.

“Aznetvork” MMC-nin nizamnamə kapitalı 10 manat, qanuni təmsilçisi Balıyeva Nurlanə Suxray qızıdır. Şirkət 2023-cü ilin avqust ayında uçota alınıb.

“Fizza internet” MMC-nin nizamnamə kapitalı 20 manat, qanuni təmsilçisi Salamov Anar Vitali oğludur. Şirkət 2023-cü ilin avqust ayında uçota alınıb.

“Vorldtech LTD” MMC-nin nizamnamə kapitalı 10 manat, qanuni təmsilçisi Gülmalıyev Vahid Abbas oğludur. Şirkət 2023-cü ilin iyul ayında uçota alınıb.

“Gammanet” MMC-nin nizamnamə kapitalı 100 manat, qanuni təmsilçisi Namazov Ələddin İbad oğludur. Şirkət 2023-cü ilin may ayında uçota alınıb.

“Go Telecom” MMC və “Du Telecom” MMC-nin hər ikisinin nizamnamə kapitalı 20 manat, qanuni təmsilçisi isə, Dursunova Dünya Rafiq qızıdır. Hər iki şirkətin hüquqi ünvanı AZ1134, Bakı şəhəri, Nəsimi rayonu, Mir Cəlal 4 mkr, ev.8, m.20-dir. Hər iki şirkət 2023-cü ilin aprel ayında uçota alınıb.

Əlavə edək ki, bu ilin əvvəlindən iyul ayına qədər ölkədə 20 internet operator və provayderinin uçotu ləğv edilib. Beləliklə ilin əvvəlindən oktyabr ayının sonuna qədər ümumilikdə 29 belə şirkətin uçotu ləğv olunub.

Qeyd edək ki, Azərbaycanda internet operator və provayderlərinin uçota alınmasını və uçotunun ləğvini Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi həyata keçirir.// Plat.az

MüəllifFərid Mustafayev

Xəbəri paylaş

busaat.az/?p=189254