Məzmuna keç
  • Azeri Light98.41 $▲0.81%
  • Brent neft89.60 $▼0.57%
  • WTI neft82.63 $▼0.54%
  • Avropa qazı (TTF)84.45 €▲4.12%
  • Təbii qaz (ABŞ)3.234 $▼0.77%
  • Qızıl3 542 $▼0.18%
  • Gümüş41.63 $▼0.34%
  • Pambıq79.96 ¢▼0.17%
  • Buğda591.75 ¢▼0.21%
  • Bitcoin61 820 $▼0.15%
  • Ethereum1 739 $▼0.96%
  • S&P 5007 176▼2.00%
15°Bakı
  • USD1.7000
  • EUR1.8666▲0.0029
  • 100 RUB2.0737▲0.0107
  • GBP2.2283▼0.0042
  • TRY0.0336▼0.0001
  • AED0.4628
  • CNY0.2548▼0.0002
  • GEL0.6564
  • 100 KZT0.3777▼0.0049
  • UAH0.0378▲0.0001
  • 100 JPY1.0682▲0.0029
  • CHF2.0186▲0.0035
  • USD1.7000
  • EUR1.8666▲0.0029
  • 100 RUB2.0737▲0.0107
  • GBP2.2283▼0.0042
  • TRY0.0336▼0.0001
  • AED0.4628
  • CNY0.2548▼0.0002
  • GEL0.6564
  • 100 KZT0.3777▼0.0049
  • UAH0.0378▲0.0001
  • 100 JPY1.0682▲0.0029
  • CHF2.0186▲0.0035
Dünya

Ay torpağında kartof yetişdirildi

Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Amerikalı bioloqlar ilk dəfə Ay torpağının tam analoqunda kartof yetişdiriblər. Təcrübə zamanı torpaq nümunələrinə böyük miqdarda üzvi gübrə əlavə edilib. Alimlər həmçinin “Ay kartofu” adlandırılan məhsulun təhlükəsizliyini və qida dəyərini təsdiqləyiblər.

Bu barədə Oreqon Dövlət Universitetinin mətbuat xidməti məlumat yayıb.

“Biz müəyyən etdik ki, Ay torpağının analoquna üzvi maddələrin əlavə edilməsi kartofun həmin torpaqda bütün həyat dövrünü başa vurmasına imkan verir. Bu, Ayda uzunmüddətli məskunlaşma və tədqiqatlar üçün zəruri olan həyat təminatı və qida istehsalı sistemlərinin yaradılması istiqamətində mühüm addımdır”, – deyə dosent Emerik Qoye bildirib.

Alimlərin sözlərinə görə, reqolit adlanan Ay torpağı asteroid və kometaların Aya düşməsi nəticəsində yaranmış xırda süxur parçalarından, eləcə də Ay qabığının dağılmış hissələrindən ibarətdir. Tərkibinə və hissəciklərinin quruluşuna görə Yer torpağından əhəmiyyətli dərəcədə fərqlənir. Buna görə də onun Yer florası və faunası üçün nə dərəcədə təhlükəsiz olduğunu əvvəlcədən müəyyənləşdirmək çətindir.

Bu barədə məlumat əldə etmək üçün mütəxəssislər NASA-nın dəstəyi ilə Ay torpağının tam analoqu üzərində bir sıra təcrübələr aparıblar. Nümunələrin bir hissəsinə bitkilər üçün vacib qida maddələri ilə zəngin xüsusi kompost növü əlavə edilib. Daha sonra bioloqlar müxtəlif nisbətlərdə gübrələnmiş torpaqlarda kartof əkərək bitkilərin inkişafını izləyiblər.

Məlum olub ki, kompostun torpağın üçdəbirini təşkil etdiyi nümunələrdə kartof aktiv şəkildə yumrular əmələ gətirib. Kompostun payı 5-15 faizə endirildikdə isə köklərin formalaşması və bitkinin biokütləsinin artması xeyli ləngiyib.

Bununla yanaşı, alimlər Ay torpağının kartof yumrularında zəhərli birləşmələrin toplanmasına səbəb olduğuna və ya onların qida dəyərini azaltdığına dair heç bir əlamət aşkar etməyiblər. Tədqiqatçıların ehtimalına görə, kompost yalnız bitkini qida maddələri ilə təmin etmir, həm də kökləri reqolitdə mövcud olan ağır metalların və digər zəhərli elementlərin təsirindən qoruyur.// oxu.az

MüəllifFərid Mustafayev

Xəbəri paylaş

busaat.az/?p=189206