Məzmuna keç
  • Azeri Light97.62 $▲1.21%
  • Brent neft89.32 $▲0.00%
  • WTI neft82.24 $▲0.02%
  • Avropa qazı (TTF)82.45 €▲1.66%
  • Təbii qaz (ABŞ)3.340 $▼1.30%
  • Qızıl3 738 $▲0.38%
  • Gümüş45.33 $▲0.53%
  • Pambıq80.23 ¢▼1.40%
  • Buğda588.25 ¢▲0.60%
  • Bitcoin63 604 $▲0.99%
  • Ethereum1 803 $▲1.59%
  • S&P 5007 324▼0.23%
16°Bakı
  • USD1.7000
  • EUR1.8637▼0.0044
  • 100 RUB2.0630▼0.0057
  • GBP2.2325▼0.0111
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550
  • GEL0.6564▲0.0011
  • 100 KZT0.3826▼0.0004
  • UAH0.0377▲0.0001
  • 100 JPY1.0653▼0.0028
  • CHF2.0151▼0.0079
  • USD1.7000
  • EUR1.8637▼0.0044
  • 100 RUB2.0630▼0.0057
  • GBP2.2325▼0.0111
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550
  • GEL0.6564▲0.0011
  • 100 KZT0.3826▼0.0004
  • UAH0.0377▲0.0001
  • 100 JPY1.0653▼0.0028
  • CHF2.0151▼0.0079
Cəmiyyət

Dövlət orqanlarının kibertəhlükəsizliyi ilə bağlı yeni qaydalar hazırlanacaq

Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Azərbaycanda dövlət orqanlarının, eləcə də ictimai əhəmiyyətli infrastrukturun təhlükəsizliyi ilə bağlı müvafiq qaydalar və tələblər hazırlanacaq.

Bunu Milli Məclisin sədr müavini Ziyafət Əsgərov Bakıda keçirilən Kiberdiplomatiya üzrə II Beynəlxalq Konfransda çıxışı zamanı bildirib.

O qeyd edib ki, cari il ərzində “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu ilə qəbul edilmiş və həmin qanun Azərbaycan Respublikasının Prezidentinin müvafiq fərmanı ilə təsdiq edilib:

“Həmin dəyişikliklərə əsasən sahə üzrə dövlət kompüter insidentlərinə qarşı mübarizə mərkəzi, milli kompüter insidentlərinə qarşı mübarizə mərkəzi, informasiya infrastrukturu, kibertəhlükəsizlik, proaktiv kibertəhlükəsizlik tədqiqatı, kibergigiyena və sairə anlayışlar müəyyən edilib. Qeyd olunan anlayışlara uyğun olaraq qanunda informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi ilə bağlı müvafiq hüquqi əsaslar yaradılmış, həmçinin dövlət orqanlarının, habelə ictimai əhəmiyyətli infrastrukturun təhlükəsizliyi ilə bağlı müvafiq qayda və tələblərin hazırlanması tapşırılıb”.// APA

MüəllifFərid Mustafayev

Xəbəri paylaş

busaat.az/?p=189141