
Hacıqabulda zəlzələ oldu
Şirvan stansiyasından 32 km şimal-qərbdə Hacıqabul rayonunda zəlzələ qeydə alınıb.
Bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.
Zəlzələ hiss olunmayıb. 3,2 maqnitudalı yeraltı təkan 45 km dərinlikdə baş verib.






















