Məzmuna keç
  • Azeri Light98.79 $▲0.03%
  • Brent neft89.77 $▼2.92%
  • WTI neft83.86 $▼1.04%
  • Avropa qazı (TTF)82.53 €▼3.45%
  • Təbii qaz (ABŞ)3.254 $▲2.91%
  • Qızıl3 771 $▼0.41%
  • Gümüş45.63 $▼0.39%
  • Pambıq81.04 ¢▼0.41%
  • Buğda602.75 ¢▼0.41%
  • Bitcoin64 019 $▼1.32%
  • Ethereum1 794 $▼1.60%
  • S&P 5007 341▼1.07%
13°Bakı
  • USD1.7000
  • EUR1.8681▼0.0026
  • 100 RUB2.0687▲0.0081
  • GBP2.2436▲0.0009
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550
  • GEL0.6553▼0.0003
  • 100 KZT0.3830▲0.0009
  • UAH0.0376▲0.0001
  • 100 JPY1.0681▲0.0003
  • CHF2.0230▼0.0017
  • USD1.7000
  • EUR1.8681▼0.0026
  • 100 RUB2.0687▲0.0081
  • GBP2.2436▲0.0009
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550
  • GEL0.6553▼0.0003
  • 100 KZT0.3830▲0.0009
  • UAH0.0376▲0.0001
  • 100 JPY1.0681▲0.0003
  • CHF2.0230▼0.0017
Cəmiyyət

Nazirdən maaşlarla bağlı MÜHÜM AÇIQLAMA

Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

İşəgötürənlər işçilərinin bilik və bacarıqlarının artırılmasında maraqlı olmalı, bu istiqamətdə investisiya yatırmalıdırlar.

bunu əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Peşə Təhsili Forumu 2026 çərçivəsində keçirilən “Dəyişən iqtisadiyyat, dəyişən bacarıqlar: Gələcəyin insan kapitalının yetişdirilməsi” mövzusunda panel sessiyasında çıxışı zamanı deyib. Nazir bildirib ki, 2017-ci ildən Azərbaycanda qeyri-formal məşğulluğun azaldılması istiqamətində sistemli və davamlı tədbirlər həyata keçirilir. Bu tədbirlər nəticəsində ölkədə əmək müqavilələrinin sayı 600 minə yaxın artıb. Bu, təxminən 46-47 faiz yüksəliş deməkdir. Eyni zamanda, əməkhaqqı fondu üç dəfədən çox artıb.

Anar Əliyev qeyd edib ki, minimum əməkhaqqının artırılması, eləcə də dövlət sektorunda əməkhaqlarının mütəmadi yüksəldilməsi özəl sektorda da rəqabət mühitinə təsir göstərir və maaş artımlarını stimullaşdırır. Əmək müqavilələrinin sayının artması işçilərin bilik və bacarıqlarının inkişafı üçün də əlavə imkanlar yaradır. İşəgötürənlər əməkdaşlarını müxtəlif kurslara, ixtisasartırma və peşə hazırlığı proqramlarına cəlb etməklə onların peşəkarlıq səviyyəsini yüksəldə bilərlər.

Nazir formal məşğulluğun genişləndirilməsinin işçilərin sosial hüquqlarının təmin olunması baxımından da əhəmiyyətini vurğulayıb. O, həmçinin Dövlət Məşğulluq Agentliyinin işəgötürənlərin tələblərinə uyğun işçi qüvvəsinin müəyyənləşdirilməsi və hazırlanması istiqamətində xidmətlər göstərdiyini diqqətə çatdırıb. Bildirib ki, bu çərçivədə iri müəssisələrlə əməkdaşlıq edilir, onların ehtiyaclarına uyğun namizədlər seçilir və xüsusi peşə hazırlığı proqramları təklif olunur.

MüəllifFərid Mustafayev

Xəbəri paylaş

busaat.az/?p=189105