
Soyuqdəymədə içdiyiniz bitki çayı dərmanla qarışmaya bilər
Qışda mətbəxdə çaydan çox bitki çayı iştirak edir. Cökə, adaçayı, zəncəfil, itburnu, ekinezya, heyva yarpağı. Yaxşıdır, amma bir “amma” var.
Mütəxəssislərin dediyinə görə, itburnu C vitamini ilə zəngindir, biyan kökü quru öskürəkdə yardımçı ola bilər. Lakin bitki “təbiidir” deyə hər kəs üçün təhlükəsiz deyil.
Kimlər ehtiyatlı olmalıdır?
Qan durulaşdıran dərman qəbul edənlər və ya aspirin işlədənlər bəzi bitkilərlə birlikdə qaraciyər və ya böyrək zədəsi riski ilə üzləşə bilər. Zəncəfil qanın laxtalanmasını yavaşladır. Ekinezya isə immuniteti oyatdığı üçün otoimmün xəstəliyi olanlarda və immunosupresiv dərman alanlarda problem yarada bilər.
Qısası, davamlı dərman içirsinizsə, bitki çayını gündəlik vərdiş etməzdən əvvəl həkimlə və ya əczaçı ilə danışın.
Mənbə: Türkiyə mətbuatında dərc olunan mütəxəssis açıqlamaları.























