Məzmuna keç
  • Azeri Light98.79 $▲0.03%
  • Brent neft90.41 $▼2.23%
  • WTI neft84.35 $▼0.46%
  • Avropa qazı (TTF)82.47 €▼3.53%
  • Təbii qaz (ABŞ)3.237 $▲2.37%
  • Qızıl3 749 $▼1.00%
  • Gümüş45.21 $▼1.31%
  • Pambıq81.04 ¢▼0.41%
  • Buğda602.25 ¢▼0.50%
  • Bitcoin63 990 $▼1.36%
  • Ethereum1 793 $▼1.65%
  • S&P 5007 341▼1.07%
14°Bakı
  • USD1.7000
  • EUR1.8681▼0.0026
  • 100 RUB2.0687▲0.0081
  • GBP2.2436▲0.0009
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550
  • GEL0.6553▼0.0003
  • 100 KZT0.3830▲0.0009
  • UAH0.0376▲0.0001
  • 100 JPY1.0681▲0.0003
  • CHF2.0230▼0.0017
  • USD1.7000
  • EUR1.8681▼0.0026
  • 100 RUB2.0687▲0.0081
  • GBP2.2436▲0.0009
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550
  • GEL0.6553▼0.0003
  • 100 KZT0.3830▲0.0009
  • UAH0.0376▲0.0001
  • 100 JPY1.0681▲0.0003
  • CHF2.0230▼0.0017
Cəmiyyət

Azərbaycan dili və informatika dövlət qulluğu imtahanından çıxarılır?

Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Bir sıra KİV-lərdə dövlət qulluğu imtahanında iki fənnin – Azərbaycan dili və informatikanın ləğv edilməsi ilə bağlı fikirlər səsləndirilib.

Məsələ ilə bağlı Dövlət İmtahan Mərkəzinin (DİM) mətbuat katibi Xanlar Xanlarzadə Trend-in sorğusuna cavab olaraq bildirib ki, qeyd olunan məlumatın heç bir hüquqi əsası yoxdur.

Onun sözlərinə görə, Azərbaycan Respublikasının Dövlət Qulluğu Məcəlləsinin 23.8-ci maddəsinə əsasən, test imtahanının təşkili, keçirilməsi, qiymətləndirilmənin aparılması və “Dövlət qulluğu sertifikatı”nın verilməsi qaydası Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən ediləcək.

“Azərbaycan Respublikası Dövlət Qulluğu Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2026-cı il 16 oktyabr tarixli 490-VIIQ nömrəli Qanununun tətbiqi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi barədə” Azərbaycan Respublikası Prezidentinin Fərmanında sözügedən qaydaların hazırlanması üçün beş ay müddət müəyyən edilib.

Xanlar Xanlarzadə qeyd edib ki, test imtahanının məzmunu ilə bağlı məsələlər müəyyən edildikdən sonra həmin qaydalarda öz əksini tapacaq.

Beləliklə, dövlət qulluğu imtahanında Azərbaycan dili və informatika fənlərinin ləğv edilməsi ilə bağlı hazırda hər hansı hüquqi qərar yoxdur. İmtahanın məzmunu və fənlərlə bağlı məsələlər müvafiq qaydalar hazırlanaraq təsdiq edildikdən sonra müəyyənləşəcək.

MüəllifFərid Mustafayev

Xəbəri paylaş

busaat.az/?p=189097