Məzmuna keç
  • Azeri Light98.41 $▲0.81%
  • Brent neft88.21 $▼2.04%
  • WTI neft81.45 $▼1.86%
  • Avropa qazı (TTF)85.98 €▲1.81%
  • Təbii qaz (ABŞ)3.583 $▲10.89%
  • Qızıl3 593 $▲1.69%
  • Gümüş42.65 $▲3.11%
  • Pambıq79.55 ¢▼0.55%
  • Buğda595.00 ¢▲0.46%
  • Bitcoin61 995 $▲0.14%
  • Ethereum1 756 $▲0.01%
  • S&P 5007 176▼2.00%
18°Bakı
  • USD1.7000
  • EUR1.8666▲0.0029
  • 100 RUB2.0737▲0.0107
  • GBP2.2283▼0.0042
  • TRY0.0336▼0.0001
  • AED0.4628
  • CNY0.2548▼0.0002
  • GEL0.6564
  • 100 KZT0.3777▼0.0049
  • UAH0.0378▲0.0001
  • 100 JPY1.0682▲0.0029
  • CHF2.0186▲0.0035
  • USD1.7000
  • EUR1.8666▲0.0029
  • 100 RUB2.0737▲0.0107
  • GBP2.2283▼0.0042
  • TRY0.0336▼0.0001
  • AED0.4628
  • CNY0.2548▼0.0002
  • GEL0.6564
  • 100 KZT0.3777▼0.0049
  • UAH0.0378▲0.0001
  • 100 JPY1.0682▲0.0029
  • CHF2.0186▲0.0035
Cəmiyyət

“Emosional intellekt” adlı layihə icra olunur

Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Müasir dövrdə insanın uğuru yalnız onun bilik və intellektual qabiliyyətlərindən asılı deyil. Öz emosiyalarını anlamaq, idarə etmək, başqalarının hisslərini nəzərə almaq və insanlarla sağlam münasibətlər qurmaq da şəxsi və peşəkar inkişafın mühüm şərtlərindəndir. Bu bacarıqların məcmusu emosional intellekt (EQ) adlanır.  Emosional intellekt insanın öz emosiyalarını tanımaq, onların yaranma səbəblərini anlamaq, davranışlarına təsirini idarə etmək, başqalarının emosional vəziyyətini duymaq və münasibətlərdə düzgün qərarlar vermək qabiliyyətidir.

Emosional intellekti   inkişaf etdirmək  mümkündür.     Emosional intellekt anadangəlmə və dəyişməz xüsusiyyət deyil. Onu gündəlik məşqlər, müşahidə, refleksiya və məqsədyönlü öyrənmə vasitəsilə inkişaf etdirmək mümkündür.  Bunun üçün hər gün özünüzə üç sual verin: Bu gün hansı emosiyaları yaşadım? Onların səbəbi nə idi? Başqa cür davrana bilərdimmi? Münaqişə zamanı dərhal reaksiya vermək əvəzinə dayanmağı, dinləməyi və qarşı tərəfin mövqeyini anlamağı öyrənin.

Gənclərin  emosional intellekt sahəsində maariflənməsinə ehtiyac var. Bu proseslərdə  universitetlər, tədqiqat mərkəzləri  yeni layihələr icra etməlidirlər. Vətəndaş cəmiyyəti də  bu məsələdə  xüsusi  fəalllıq götərməlidir.    “Peşəyönümlü  təhsilin inkişafına  yardım” IB  (PTİYİB)   bu    istiqamətində, ictimai əsaslarla “Emosional intellekt”  adlı layihə icra edir.

Layihənin ideya müəllifi və  rəhbəri  PTİYİB sədri, dosent İlham Əhmədovdur.  Layihəyə    bakalavr  pilləsində təhsil alan  10  nəfər     tələbə  cəlb edilibdir.  Layihə 4  onlayn təlimdən ibarətdir.

Layihə çərçivəsində tələbələrlə ilkin mərhələdə  süni intellektin əsasları üzrə 2 onlayn təlim keçirilmiş,  onlara süni intellekt  alətlərinin köməyi   ilə  “Emosional intellekt”  mövzusunda  öyrədici xarakterli  elektron resursların   hazırlanması   yolları izah edilmişdir.  Layihənin növbəti mərhələsində tələbələr   hazırladıqları  rəqəmsal   resursları sosial şəbəkələrdə yerləşdirəcəklər. İlkin mərhələdə eyni adlı youtub kanalı yaradılcaq və bura 20 öyrədici video resurs və podkastlar  yerləşdiriləcəkdir.  Layihə çərçivəsində 20  audiovizual resursla yanaşı, 20 infoqrafika  tipli intellektual xətritənin  də hazırlanması nəzərdə tutulur. Bu tip layihələrin icrası tələbələrdə  süni intellekt alətlərinin praktik tətbiqi  üzrə  səriştələr formalaşdırır.   Gələcəkdə  layihənin  maliyyə mənbəyi olarsa, onu inkişaf etdirmək,  “Emosional intellekt”  adlı  yuotube  kanalındakı podkast və videoların sayını 50-yə çatdırmaq nəzərdə tutulur.

İlham Əhmədov

Busaat.az

MüəllifFərid Mustafayev

Xəbəri paylaş

busaat.az/?p=189240