Məzmuna keç
  • Azeri Light98.41 $▲0.81%
  • Brent neft88.82 $▼1.43%
  • WTI neft81.87 $▼1.46%
  • Avropa qazı (TTF)84.45 €▲4.12%
  • Təbii qaz (ABŞ)3.581 $▲9.88%
  • Qızıl3 590 $▲1.19%
  • Gümüş42.63 $▲2.06%
  • Pambıq79.61 ¢▼0.48%
  • Buğda594.50 ¢▲0.25%
  • Bitcoin61 898 $▼0.02%
  • Ethereum1 755 $▼0.05%
  • S&P 5007 176▼2.00%
17°Bakı
  • USD1.7000
  • EUR1.8666▲0.0029
  • 100 RUB2.0737▲0.0107
  • GBP2.2283▼0.0042
  • TRY0.0336▼0.0001
  • AED0.4628
  • CNY0.2548▼0.0002
  • GEL0.6564
  • 100 KZT0.3777▼0.0049
  • UAH0.0378▲0.0001
  • 100 JPY1.0682▲0.0029
  • CHF2.0186▲0.0035
  • USD1.7000
  • EUR1.8666▲0.0029
  • 100 RUB2.0737▲0.0107
  • GBP2.2283▼0.0042
  • TRY0.0336▼0.0001
  • AED0.4628
  • CNY0.2548▼0.0002
  • GEL0.6564
  • 100 KZT0.3777▼0.0049
  • UAH0.0378▲0.0001
  • 100 JPY1.0682▲0.0029
  • CHF2.0186▲0.0035
Dünya

6 illik münasibəti bitdi – Ayrılığın səbəbini açıqladı

Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Türkiyəli aktrisa Ayça Varlıer DJ Serhan Aydemirlə altı il davam edən münasibətinə son qoyub. Şəxsi həyatını mediadan uzaq tutmağa çalışan aktrisa ayrılıq xəbərini təsdiqləyərək artıq subay olduğunu bildirib.

Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Kanal D-də yayımlanan “Haysiyet” serialında Şehnaz obrazını canlandıran Varlıer tədbirlərdən birində jurnalistlərin suallarını cavablandırarkən münasibətlərinin təxminən iki həftə əvvəl başa çatdığını açıqlayıb.

Aktrisanın sözlərinə görə, ayrılıq hər iki tərəfin ortaq qərarı olub. O, keçmiş sevgilisi ilə aralarında inciklik olmadığını və münasibətlərini qarşılıqlı hörmət çərçivəsində bitirdiklərini deyib.

“Bir-birimizə qarşı çox gözəl sevgi bağımız var. Bu münasibəti bitirmək qərarını birlikdə verdik. Hər ikimiz öz yolumuza davam etməyi seçdik”, – deyə Varlıer bildirib.

Altı illik münasibətin niyə sona çatdığı barədə də danışan aktrisa tərəflərin bir-birinə qarşı mənfi münasibətinin olmadığını vurğulayıb.

“Onun da, mənim də xoşbəxt olacağımıza inanıram. Çox mədəni şəkildə ayrıldıq. Görünür, hər şeyin müəyyən müddəti var. Bəzən insanların enerjisi və uyğunluğu üst-üstə düşmür. Bu münasibətin də müddəti başa çatdı”, – deyə o qeyd edib.

Beləliklə, Ayça Varlıer və Serhan Aydemirin altı illik sevgisi qarşılıqlı razılıq əsasında başa çatıb.// demokrat.az

MüəllifFərid Mustafayev

Xəbəri paylaş

busaat.az/?p=189221