Məzmuna keç
  • Gümüş41.07 $▼0.70%
  • Pambıq79.30 ¢▼0.86%
  • Buğda592.00 ¢▼0.04%
  • Bitcoin57 809 $▼1.71%
  • Ethereum1 639 $▲1.20%
  • S&P 5006 910▼3.72%
  • Azeri Light98.41 $▲0.00%
  • Brent neft89.95 $▼0.11%
  • WTI neft83.41 $▲0.51%
  • Avropa qazı (TTF)88.45 €▲4.74%
  • Təbii qaz (ABŞ)3.748 $▲16.00%
  • Qızıl3 515 $▼0.50%
16°Bakı
  • USD1.7000
  • EUR1.8548▼0.0121
  • 100 RUB2.0745▼0.0064
  • GBP2.2166▼0.0118
  • TRY0.0336
  • AED0.4628
  • CNY0.2552▲0.0005
  • GEL0.6555▼0.0011
  • 100 KZT0.3731▼0.0001
  • UAH0.0376▼0.0002
  • 100 JPY1.0694▲0.0001
  • CHF2.0206▼0.0038
  • USD1.7000
  • EUR1.8548▼0.0121
  • 100 RUB2.0745▼0.0064
  • GBP2.2166▼0.0118
  • TRY0.0336
  • AED0.4628
  • CNY0.2552▲0.0005
  • GEL0.6555▼0.0011
  • 100 KZT0.3731▼0.0001
  • UAH0.0376▼0.0002
  • 100 JPY1.0694▲0.0001
  • CHF2.0206▼0.0038
  • USD1.7000
  • EUR1.8548▼0.0121
  • 100 RUB2.0745▼0.0064
  • GBP2.2166▼0.0118
  • TRY0.0336
  • AED0.4628
  • CNY0.2552▲0.0005
  • GEL0.6555▼0.0011
  • 100 KZT0.3731▼0.0001
  • UAH0.0376▼0.0002
  • 100 JPY1.0694▲0.0001
  • CHF2.0206▼0.0038
  • USD1.7000
  • EUR1.8548▼0.0121
  • 100 RUB2.0745▼0.0064
  • GBP2.2166▼0.0118
  • TRY0.0336
  • AED0.4628
  • CNY0.2552▲0.0005
  • GEL0.6555▼0.0011
  • 100 KZT0.3731▼0.0001
  • UAH0.0376▼0.0002
  • 100 JPY1.0694▲0.0001
  • CHF2.0206▼0.0038
Dünya

Tramp “Nvidia”nın səhmlərindən 15 milyon dollar qazana bilər

Tramp “Nvidia”nın səhmlərindən 15 milyon dollar qazana bilər
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

ABŞ Prezidenti Donald Tramp Censen Huanqın “Nvidia” şirkətinin baş direktoru vəzifəsinə qaytarılmasından sonra səhmlərin bahalaşması nəticəsində 15 milyon dollaradək potensial qazanc əldə etmiş ola bilər.

Busaat.az xəbər verir ki, bu barədə “Financial Times” (FT) Trampın maliyyə bəyannamələrini araşdıraraq məlumat yayıb.

Nəşrin hesablamalarına görə, sentyabrın 30-na olan məlumata əsasən, Trampa şirkətin 370 minədək səhmi məxsus ola bilər. Noyabrın 23-də Huanqın vəzifəsinə bərpa olunması barədə açıqlamadan sonra “Nvidia”nın səhmləri 31,36 faiz bahalaşaraq 164,89 dollara yüksəlib.

Nəticədə ABŞ prezidentinin səhm portfelinin dəyəri təxminən 15 milyon dollar artmış ola bilər.

Bununla belə, Trampın sahib olduğu səhmlərin dəqiq sayı məlum deyil. Onun son maliyyə bəyannaməsində oktyabr və noyabr aylarında həyata keçirilən əməliyyatlar əks olunmayıb. Söhbət səhmlərin satışından əldə edilmiş təsdiqlənmiş gəlirdən deyil, aktivlərin dəyərinin artmasından gedir.

Tramp CNBC telekanalına müsahibəsində “Nvidia” rəhbərliyini Huanqı vəzifəsinə qaytarmağa şəxsən razı saldığını bildirib. Ağ Evin kommunikasiya direktoru Stiven Çunq da prezidentin prosesdə iştirakını təsdiqləyib.

Ağ Ev Trampın mümkün maliyyə qazancı ilə bağlı FT-nin sorğusunu cavabsız qoyub.

Qeyd edək ki, Tramp Huanqın vəzifəsinə qaytarılmasını “Nvidia”nın və ABŞ iqtisadiyyatının inkişafı baxımından vacib addım adlandırıb. O, sahibkarın qanunsuz fəaliyyətinə dair sübutların olmadığını bildirib və şirkəti ixrac məhdudiyyətlərinə riayət olunması ilə bağlı daxili araşdırmanı davam etdirməyə çağırıb.

Şəhla Sabirli

Busaat.az

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=86838