Məzmuna keç
  • Gümüş41.07 $▼0.70%
  • Pambıq79.30 ¢▼0.86%
  • Buğda592.00 ¢▼0.04%
  • Bitcoin57 809 $▼1.71%
  • Ethereum1 639 $▲1.20%
  • S&P 5006 910▼3.72%
  • Azeri Light98.41 $▲0.00%
  • Brent neft89.95 $▼0.11%
  • WTI neft83.41 $▲0.51%
  • Avropa qazı (TTF)88.45 €▲4.74%
  • Təbii qaz (ABŞ)3.748 $▲16.00%
  • Qızıl3 515 $▼0.50%
15°Bakı
  • USD1.7000
  • EUR1.8548▼0.0121
  • 100 RUB2.0745▼0.0064
  • GBP2.2166▼0.0118
  • TRY0.0336
  • AED0.4628
  • CNY0.2552▲0.0005
  • GEL0.6555▼0.0011
  • 100 KZT0.3731▼0.0001
  • UAH0.0376▼0.0002
  • 100 JPY1.0694▲0.0001
  • CHF2.0206▼0.0038
  • USD1.7000
  • EUR1.8548▼0.0121
  • 100 RUB2.0745▼0.0064
  • GBP2.2166▼0.0118
  • TRY0.0336
  • AED0.4628
  • CNY0.2552▲0.0005
  • GEL0.6555▼0.0011
  • 100 KZT0.3731▼0.0001
  • UAH0.0376▼0.0002
  • 100 JPY1.0694▲0.0001
  • CHF2.0206▼0.0038
  • USD1.7000
  • EUR1.8548▼0.0121
  • 100 RUB2.0745▼0.0064
  • GBP2.2166▼0.0118
  • TRY0.0336
  • AED0.4628
  • CNY0.2552▲0.0005
  • GEL0.6555▼0.0011
  • 100 KZT0.3731▼0.0001
  • UAH0.0376▼0.0002
  • 100 JPY1.0694▲0.0001
  • CHF2.0206▼0.0038
  • USD1.7000
  • EUR1.8548▼0.0121
  • 100 RUB2.0745▼0.0064
  • GBP2.2166▼0.0118
  • TRY0.0336
  • AED0.4628
  • CNY0.2552▲0.0005
  • GEL0.6555▼0.0011
  • 100 KZT0.3731▼0.0001
  • UAH0.0376▼0.0002
  • 100 JPY1.0694▲0.0001
  • CHF2.0206▼0.0038
Dünya

“Nvidia”da casusluq qalmaqalı: Tramp keçmiş rəhbərin müdafiəsinə qalxdı

“Nvidia”da casusluq qalmaqalı: Tramp keçmiş rəhbərin müdafiəsinə qalxdı
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

ABŞ Prezidenti Donald Tramp, vitse-prezident Cey Di Vens və digər yüksək vəzifəli amerikalı rəsmilər “Nvidia” şirkətinin rəhbərliyindən uzaqlaşdırılan Censen Huanqın reputasiyasını bərpa etmək üçün 48 saat ərzində intensiv səylər göstəriblər.

Busaat.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” (WSJ) öz mənbələrinə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, ötən həftəsonu ABŞ-nin baş prokuroru Todd Blanş Tramp və Vensə Huanqın Ədliyyə Nazirliyinin apardığı istintaqın hədəfi və ya fiqurantı olmadığını bildirib. Nazirlikdə iş adamının qanunu pozduğuna və ya milli təhlükəsizliyə təhdid yaratdığına dair sübutların olmadığı da qeyd edilib.

WSJ baş verənləri qalmaqalın mərkəzində qalan iş adamının nüfuzunu bərpa etmək üçün misli görünməmiş cəhd kimi qiymətləndirib.

Məlumata əsasən, “Nvidia” bir neçə ay ərzində qabaqcıl süni intellekt çiplərinin Çinə qanunsuz daşınması iddiaları ilə bağlı ABŞ Ədliyyə Nazirliyi ilə əməkdaşlıq edib. Araşdırmaların mərkəzində şirkətin iki müştərisi – “Megaspeed International” və “Super Micro” dayanıb.

Şirkətin yarandığı gündən ona rəhbərlik edən Huanq noyabrın 12-də casusluq iddiaları fonunda vəzifəsindən ayrılıb. Onun Çin vətəndaşı, CCTV telekanalının keçmiş müxbiri və “Megaspeed International” şirkətinin sabiq rəhbəri Elis Huanqla münasibətdə olduğu iddia edilib.

“The New York Times”ın məlumatına görə, ABŞ xüsusi xidmət orqanları qadının Çin kəşfiyyatı ilə əlaqəli olduğundan şübhələnirlər. Lakin ABŞ Ədliyyə Nazirliyi bu iddiaları təsdiqləməyib, Pekin isə hadisə ilə əlaqəsinin olduğunu təkzib edib.

Huanq özü həyat yoldaşına xəyanət etdiyini etiraf etsə də, qadının kimliyini açıqlamayıb. Daha sonra “The New York Times” və “Reuters” iş adamının digər ehtimal olunan münasibətləri barədə də məlumat yayıblar.

Şəhla Sabirli

Busaat.az

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=86826