Məzmuna keç
  • Gümüş41.07 $▼0.70%
  • Pambıq79.30 ¢▼0.86%
  • Buğda592.00 ¢▼0.04%
  • Bitcoin57 809 $▼1.71%
  • Ethereum1 639 $▲1.20%
  • S&P 5006 910▼3.72%
  • Azeri Light98.41 $▲0.00%
  • Brent neft89.95 $▼0.11%
  • WTI neft83.41 $▲0.51%
  • Avropa qazı (TTF)88.45 €▲4.74%
  • Təbii qaz (ABŞ)3.748 $▲16.00%
  • Qızıl3 515 $▼0.50%
13°Bakı
  • USD1.7000
  • EUR1.8669▲0.0003
  • 100 RUB2.0809▲0.0072
  • GBP2.2284▲0.0001
  • TRY0.0336
  • AED0.4628
  • CNY0.2547▼0.0001
  • GEL0.6566▲0.0002
  • 100 KZT0.3732▼0.0045
  • UAH0.0378
  • 100 JPY1.0693▲0.0011
  • CHF2.0244▲0.0058
  • USD1.7000
  • EUR1.8669▲0.0003
  • 100 RUB2.0809▲0.0072
  • GBP2.2284▲0.0001
  • TRY0.0336
  • AED0.4628
  • CNY0.2547▼0.0001
  • GEL0.6566▲0.0002
  • 100 KZT0.3732▼0.0045
  • UAH0.0378
  • 100 JPY1.0693▲0.0011
  • CHF2.0244▲0.0058
  • USD1.7000
  • EUR1.8669▲0.0003
  • 100 RUB2.0809▲0.0072
  • GBP2.2284▲0.0001
  • TRY0.0336
  • AED0.4628
  • CNY0.2547▼0.0001
  • GEL0.6566▲0.0002
  • 100 KZT0.3732▼0.0045
  • UAH0.0378
  • 100 JPY1.0693▲0.0011
  • CHF2.0244▲0.0058
  • USD1.7000
  • EUR1.8669▲0.0003
  • 100 RUB2.0809▲0.0072
  • GBP2.2284▲0.0001
  • TRY0.0336
  • AED0.4628
  • CNY0.2547▼0.0001
  • GEL0.6566▲0.0002
  • 100 KZT0.3732▼0.0045
  • UAH0.0378
  • 100 JPY1.0693▲0.0011
  • CHF2.0244▲0.0058
Dünya

Zelenski ABŞ-nin təhlükəsizlik zəmanətlərini şübhə altına aldı – NATO-ya çağırış

Zelenski ABŞ-nin təhlükəsizlik zəmanətlərini şübhə altına aldı – NATO-ya çağırış
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-nin NATO-nun 5-ci maddəsinə bənzər təhlükəsizlik zəmanətlərinin effektivliyinə yenidən şübhə ilə yanaşıb və ölkəsinin Alyansa tamhüquqlu üzvlüyünü daha etibarlı həll yolu hesab etdiyini bildirib.

Busaat.az xəbər verir ki, Zelenski bu barədə NATO Parlament Assambleyasına müraciətində danışıb.

Ukrayna lideri Qərb tərəfdaşlarının təhlükəsizlik sahəsində üzərinə götürəcəyi öhdəliklərin konkretləşdirilməsini tələb edib. O, xüsusilə Ukrayna ərazisində xarici hərbi qüvvələrin mümkün yerləşdirilməsi məsələsinə aydınlıq gətirilməsinin vacibliyini vurğulayıb.

“Ukraynaya yenidən hücum edilərsə, hansı ölkələr ona dəstək verəcək? Tərəfdaşlarımız konkret olaraq nə edəcəklər? Hansı qoşunlar əvvəlcədən ərazimizdə yerləşdiriləcək? Bunun xərci nə qədər olacaq? Və ən əsası, bütün bunlar həqiqətən işləyəcəkmi?” – deyə Zelenski bildirib.

Prezident vurğulayıb ki, Kiyev hələlik bu suallara dəqiq cavab ala bilməyib.

Zelenskinin fikrincə, Ukraynanın NATO-ya qəbul edilməsi alternativ təhlükəsizlik mexanizmlərindən daha effektiv və etibarlı olardı.

“Məgər Ukraynanı NATO-ya qəbul etmək hamımız üçün daha yaxşı, daha ucuz və daha etibarlı olmazdımı?” – deyə Ukrayna lideri sual edib.

Qeyd edək ki, Vaşinqton Ukraynanın NATO-ya üzv qəbul edilməsini və Qərb qoşunlarının ölkə ərazisində yerləşdirilməsini nəzərdə tutmayan alternativ təhlükəsizlik zəmanətləri modelini irəli sürür.

Rusiya isə həm Ukraynanın NATO-ya üzvlüyünə, həm də Qərb hərbi qüvvələrinin bu ölkədə yerləşdirilməsinə qarşı çıxır.

Şəhla Sabirli

Busaat.az

MüəllifBusaat.az

Xəbəri paylaş

busaat.az/?p=86818