Məzmuna keç
  • Gümüş41.07 $▼0.70%
  • Pambıq79.30 ¢▼0.86%
  • Buğda592.00 ¢▼0.04%
  • Bitcoin57 809 $▼1.71%
  • Ethereum1 639 $▲1.20%
  • S&P 5006 910▼3.72%
  • Azeri Light98.41 $▲0.00%
  • Brent neft89.95 $▼0.11%
  • WTI neft83.41 $▲0.51%
  • Avropa qazı (TTF)88.45 €▲4.74%
  • Təbii qaz (ABŞ)3.748 $▲16.00%
  • Qızıl3 515 $▼0.50%
14°Bakı
  • USD1.7000
  • EUR1.8669▲0.0003
  • 100 RUB2.0809▲0.0072
  • GBP2.2284▲0.0001
  • TRY0.0336
  • AED0.4628
  • CNY0.2547▼0.0001
  • GEL0.6566▲0.0002
  • 100 KZT0.3732▼0.0045
  • UAH0.0378
  • 100 JPY1.0693▲0.0011
  • CHF2.0244▲0.0058
  • USD1.7000
  • EUR1.8669▲0.0003
  • 100 RUB2.0809▲0.0072
  • GBP2.2284▲0.0001
  • TRY0.0336
  • AED0.4628
  • CNY0.2547▼0.0001
  • GEL0.6566▲0.0002
  • 100 KZT0.3732▼0.0045
  • UAH0.0378
  • 100 JPY1.0693▲0.0011
  • CHF2.0244▲0.0058
  • USD1.7000
  • EUR1.8669▲0.0003
  • 100 RUB2.0809▲0.0072
  • GBP2.2284▲0.0001
  • TRY0.0336
  • AED0.4628
  • CNY0.2547▼0.0001
  • GEL0.6566▲0.0002
  • 100 KZT0.3732▼0.0045
  • UAH0.0378
  • 100 JPY1.0693▲0.0011
  • CHF2.0244▲0.0058
  • USD1.7000
  • EUR1.8669▲0.0003
  • 100 RUB2.0809▲0.0072
  • GBP2.2284▲0.0001
  • TRY0.0336
  • AED0.4628
  • CNY0.2547▼0.0001
  • GEL0.6566▲0.0002
  • 100 KZT0.3732▼0.0045
  • UAH0.0378
  • 100 JPY1.0693▲0.0011
  • CHF2.0244▲0.0058
Dünya

İran hakimiyyətində parçalanma dərinləşir? – GÖZLƏNİLMƏZ PROQNOZ

İran hakimiyyətində parçalanma dərinləşir? – GÖZLƏNİLMƏZ PROQNOZ
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

İranda sosial-iqtisadi problemlərin dərinləşməsi, ərzaq təminatında yaranan çətinliklər və ABŞ-ın tətbiq etdiyi sanksiyalar ölkə daxilində siyasi qarşıdurmaları daha da gücləndirə bilər. Xüsusilə prezident və onun hökuməti ilə İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) arasında ziddiyyətlərin artacağı ehtimal olunur.

Mövzu ilə bağlı Busaat.az-a açıqlama verən politoloq Məhəmməd Əsədullazadə bildirib ki, İran hazırda ciddi sosial-iqtisadi böhranla üz-üzədir.

Onun sözlərinə görə, ölkədə ərzaq problemi və digər sosial çətinliklər getdikcə dərinləşir:

“Göründüyü kimi, prezident və onun hökuməti ilə SEPAH arasında da bu müstəvidə qarşıdurma dərinləşəcək. İran tərəfi jurnalistləri və ölkə vətəndaşlarını tankerlərə yerləşdirərək neft satışını həyata keçirmək istəyir. Məqsəd Amerikanın mümkün hücumu zamanı beynəlxalq birliyin buna necə reaksiya verəcəyini görməkdir. Yəni İran artıq çətin vəziyyətə düşüb və neft satışını həyata keçirmək üçün insanlardan istifadə etməyə çalışır”.

Politoloq hesab edir ki, İranı çətin vəziyyətə salan əsas amil hərbi zərbələr deyil, iqtisadi sanksiyalar və blokadadır.

“İrana hərbi zərbələrdən daha çox iqtisadi sanksiyalar və blokada təsir göstərib. Düşünürəm ki, bu siyasət belə də davam etməlidir. İrana qarşı iqtisadi sanksiyalar qüvvədə qalarsa, ölkədə sosial-iqtisadi vəziyyət daha da çətinləşər, sistem daxilindəki ayrılmalar dərinləşər və İran rejimi Amerika ilə müəyyən anlaşmaya gedə bilər”.

Məhəmməd Əsədullazadə ABŞ-ın İrana qarşı hərbi əməliyyat keçirməsinin regionda ciddi gərginliyə səbəb ola biləcəyini də vurğulayıb.

“Onsuz da hərbi müstəvidə hücum olarsa, SEPAH cavab tədbirləri görəcək və regionda vəziyyət gərginləşəcək. Ona görə də optimal variantın iqtisadi blokadanı daha da sərtləşdirmək və İranın neft satışına icazə verməmək olduğunu hesab edirəm.

İran çətin vəziyyətdə tankerlərini yenidən dünya bazarına çıxarmaq istəyir. Bu isə Amerikanın həmin tankerlərə mümkün zərbələri ilə nəticələnə bilər. Yəni İran dilemma qarşısındadır”, – deyə politoloq fikirlərini yekunlaşdırıb.

Şəhla Sabirli

Busaat.az

İran hakimiyyətində parçalanma dərinləşir? – GÖZLƏNİLMƏZ PROQNOZ

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=86804