Məzmuna keç
  • Gümüş41.07 $▼0.70%
  • Pambıq79.30 ¢▼0.86%
  • Buğda592.00 ¢▼0.04%
  • Bitcoin57 809 $▼1.71%
  • Ethereum1 639 $▲1.20%
  • S&P 5006 910▼3.72%
  • Azeri Light98.41 $▲0.00%
  • Brent neft89.95 $▼0.11%
  • WTI neft83.41 $▲0.51%
  • Avropa qazı (TTF)88.45 €▲4.74%
  • Təbii qaz (ABŞ)3.748 $▲16.00%
  • Qızıl3 515 $▼0.50%
14°Bakı
  • USD1.7000
  • EUR1.8669▲0.0003
  • 100 RUB2.0809▲0.0072
  • GBP2.2284▲0.0001
  • TRY0.0336
  • AED0.4628
  • CNY0.2547▼0.0001
  • GEL0.6566▲0.0002
  • 100 KZT0.3732▼0.0045
  • UAH0.0378
  • 100 JPY1.0693▲0.0011
  • CHF2.0244▲0.0058
  • USD1.7000
  • EUR1.8669▲0.0003
  • 100 RUB2.0809▲0.0072
  • GBP2.2284▲0.0001
  • TRY0.0336
  • AED0.4628
  • CNY0.2547▼0.0001
  • GEL0.6566▲0.0002
  • 100 KZT0.3732▼0.0045
  • UAH0.0378
  • 100 JPY1.0693▲0.0011
  • CHF2.0244▲0.0058
  • USD1.7000
  • EUR1.8669▲0.0003
  • 100 RUB2.0809▲0.0072
  • GBP2.2284▲0.0001
  • TRY0.0336
  • AED0.4628
  • CNY0.2547▼0.0001
  • GEL0.6566▲0.0002
  • 100 KZT0.3732▼0.0045
  • UAH0.0378
  • 100 JPY1.0693▲0.0011
  • CHF2.0244▲0.0058
  • USD1.7000
  • EUR1.8669▲0.0003
  • 100 RUB2.0809▲0.0072
  • GBP2.2284▲0.0001
  • TRY0.0336
  • AED0.4628
  • CNY0.2547▼0.0001
  • GEL0.6566▲0.0002
  • 100 KZT0.3732▼0.0045
  • UAH0.0378
  • 100 JPY1.0693▲0.0011
  • CHF2.0244▲0.0058
Dünya

NATO Rusiyanın tələbini qətiyyətlə rədd etdi – RÜTTE AÇIQLADI

NATO Rusiyanın tələbini qətiyyətlə rədd etdi – RÜTTE AÇIQLADI
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

NATO öz hərbi qüvvələrini və infrastrukturunu əvvəlki mövqelərinə geri çəkmək niyyətində deyil. Alyansın 1997-ci il sərhədlərinə qayıtması qəbuledilməzdir.

Busaat.az xəbər verir ki, bunu NATO-nun Baş katibi Mark Rütte bazar ertəsi keçirdiyi mətbuat konfransında bəyan edib.

Baş katib bildirib ki, alyansa üzv olan heç bir dövlət belə bir təklifi məntiqli və məqsədəuyğun hesab etmir.

Rütte vurğulayıb ki, NATO-nun hərbi qüvvələrinin yerləşdirilməsi, infrastrukturu və gələcək fəaliyyəti ilə bağlı qərarlar yalnız alyans daxilində qəbul edilir. Kənar dövlətlərin bu prosesə müdaxiləsi yolverilməzdir.

NATO rəhbərinin sərt açıqlaması Qərb mediasında Rusiya, ABŞ və Ukrayna nümayəndələrinin noyabr ayında Əbu-Dabidə keçirdiyi qapalı üçtərəfli məsləhətləşmələr barədə yayılan məlumatlardan sonra səsləndirilib.

Həmin məlumatlara əsasən, Rusiya nümayəndə heyəti görüş zamanı Avropanın təhlükəsizlik arxitekturası ilə bağlı bir sıra tələblər irəli sürüb.

Moskvanın əsas tələblərindən biri NATO-nun 1997-ci ildən sonra alyansa qoşulmuş ölkələrdən, o cümlədən Polşa və Baltikyanı dövlətlərdən hərbi qüvvələrini və bazalarını çıxarmasıdır.

Bundan başqa, Rusiya tərəfinin Ukraynaya Qərb ölkələri tərəfindən silah tədarükünün dayandırılmasını da tələb etdiyi bildirilir.

Beləliklə, NATO rəhbərliyi Rusiyanın Avropadakı hərbi mövcudluğun məhdudlaşdırılması ilə bağlı tələblərini qəbul etməyəcəyini bir daha bəyan edib.

Şəhla Sabirli

Busaat.az

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=86807