
Avropa İttifaqı Moskvaya səfər üçün şərt irəli sürdü

Avropa nümayəndə heyəti Ukraynadakı müharibənin dayandırılmasından əvvəl Avropanın təhlükəsizlik məsələlərinin müzakirəsinə başlanmasını mümkün hesab etmir.
Busaat.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının sözçüsü Paula Pinyo Brüsseldə keçirilən brifinqdə bildirib.
Onun sözlərinə görə, Avropa tərəfi Moskvaya səfərlə bağlı dəvət alıb, lakin danışıqların yalnız çoxtərəfli formatda aparılmasında maraqlıdır.
“Biz bu dəvətdən xəbərdarıq. Lakin diqqətimizi çoxtərəfli görüşlərə yönəltməkdə davam edirik və yalnız bu formatda iştirak etməyə hazırıq”, – deyə Pinyo vurğulayıb.
Avropa Komissiyasının nümayəndəsi əlavə edib ki, Avropanın təhlükəsizlik arxitekturası ilə bağlı müzakirələr yalnız Ukraynada hərbi əməliyyatlar dayandırıldıqdan sonra başlaya bilər.
O qeyd edib ki, belə danışıqlar mütləq NATO və Avropa İttifaqına üzv dövlətlərin iştirakı ilə keçirilməlidir.
Şəhla Sabirli
Busaat.az























