
Tramp NATO-nun baş katibi ilə görüşəcək

ABŞ Prezidenti Donald Tramp noyabrın 25-də NATO-nun baş katibi Mark Rütte ilə görüşəcək.
Busaat.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidmətinin yaydığı məlumatda bildirilib.
Görüş Florida ştatının Palm-Biç şəhərində yerli vaxtla saat 16:00-da (Bakı vaxtı ilə noyabrın 26-da saat 01:00-da) baş tutacaq.
Tərəflərin görüşü jurnalistlərin iştirakı olmadan, qapalı formatda keçiriləcək. Müzakirə olunacaq məsələlər barədə məlumat açıqlanmayıb.
Qeyd edək ki, Trampın noyabrın 24-də Floridadakı Mar-a-Laqo iqamətgahına yollanacağı gözlənilir. ABŞ lideri noyabrın 26-da qeyd ediləcək Şükran Gününü burada keçirəcək.
Trampın noyabrın 29-da Ağ Evə qayıtması planlaşdırılır.
Şəhla Sabirli
Busaat.az























