
Rusiyada Monte Melkonyan haqqında filmin nümayişinə qadağa qoyuldu

Rusiyanın bir sıra şəhərlərində nümayişi planlaşdırılan Ermənistan istehsalı olan “Monte” filmi dövlət səviyyəsində tətbiq edilən qadağa səbəbindən ekranlara çıxmayacaq.
Busaat.az xəbər verir ki, bu barədə “Genetic Production” şirkəti məlumat yayıb.
Filmin premyerasının dekabrın 5-də Moskvanın Novı Arbat küçəsində yerləşən “Oktyabr” kinoteatrında keçirilməsi nəzərdə tutulurdu.
Ekran əsəri Azərbaycanda terrorçu kimi tanınan, ASALA terror təşkilatının rəhbərlərindən biri olmuş Monte Melkonyanın həyatından bəhs edir. Filmdə Melkonyanın qəhrəman kimi təqdim edilməsi ciddi etirazlara səbəb olub.
Daha əvvəl “Minval” nəşri Moskva hakimiyyətini sözügedən tədbirə hüquqi qiymət verməyə və filmin nümayişinin qarşısını almağa çağırmışdı. Nəşr Azərbaycan və Rusiyanın terrorizmə qarşı birgə mübarizəsinin əhəmiyyətini də vurğulamışdı.
Qadağanın konkret hüquqi əsasları barədə məlumat açıqlanmayıb.
Şəhla Sabirli























