Kiyev metrosu fəaliyyətini dayandırdı – Kliçko sakinləri şəhəri tərk etməyə çağırdı

image-1791978150_5366142825961036987backend
image-uzb_ads_desk

Ukrayna paytaxtında energetika infrastrukturuna dəyən zərərlər fonunda Kiyev metrosunun bütün xətlərində qatarların hərəkəti tamamilə dayandırılıb.

Bu barədə Ukrayna mətbuatı yazıb.

Məlumata görə, elektrik qidalanma mərkəzlərində baş verən gərginlik kəsintiləri səbəbindən metro şəbəkəsi enerjisiz qalıb, qatarların hərəkəti ilə yanaşı eskalatorların da fəaliyyəti dondurulub.

Metro ilə yanaşı, yerüstü elektrik nəqliyyatının işində, həmçinin şəhərin su təchizatı və kanalizasiya sistemlərində ciddi fasilələr yaranıb.

Kiyev şəhərinin meri Vitali Kliçko paytaxtın faktiki olaraq “sağ qalma rejiminə” keçdiyini bildirərək, imkanı olan sakinləri müvəqqəti olaraq şəhəri tərk etməyə çağırıb. Şəhərin müxtəlif rayonlarında energetika obyektlərinin zədələnməsi səbəbindən qəza kəsintiləri davam edir.// bizim.media


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki