
Yaşar Gülər Ukrayna Müdafiə Təmas Qrupunun iclasında iştirak edib
Türkiyənin Milli Müdafiə naziri Yaşar Gülər Ukrayna Müdafiə Təmas Qrupu Toplantısında iştirak edib.
Busaat.az xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.
ABŞ-nin rəhbərlik etdiyi Ukrayna Müdafiə Təmas Qrupu NATO-nun Brüsseldəki mənzil-qərargahında keçirilən NATO Müdafiə Nazirlərinin Toplantısı çərçivəsində 16-cı dəfə toplaşıb.
İclasdan əvvəl Milli Müdafiə Naziri Gülər həmkarları, o cümlədən İngiltərə müdafiə naziri Qrant Şapps və ABŞ müdafiə naziri Lloyd J. Austin ilə sürətli görüş keçirib.
Qeyd edək ki, Ukrayna prezidenti Volodimir Zelenskinin ilk dəfə NATO-nun mənzil-qərargahına gələrək iştirak etdiyi Ukrayna Müdafiə Təmas Qrupu Toplantısında təxminən 50 ölkənin nümayəndəsi bir araya gəlir.























