Rusiyanın qərbində Ukraynaya məxsus iki pilotsuz təyyarə vurulub

image-teyyarebackend
image-uzb_ads_desk

Bu gün səhər saatlarında Rusiyanın qərbindəki Bryansk vilayətinin Suraj rayonu üzərində Ukraynaya məxsus iki pilotsuz təyyarə vurulub.

Busaat.az xəbər verir ki, bu barədə qubernator Aleksandr Boqomaz Telegram-da yazıb.

O bildirib ki, dağıntı və tələfat barədə məlumat yoxdur.

“Rusiya Müdafiə Nazirliyinin hava hücumundan müdafiə bölmələri tərəfindən iki sabit qanadlı pilotsuz uçuş aparatı vurulub. Dağıntı və itki yoxdur. Hadisə yerində ilkin müdaxilə edənlər işləyir”.

O, bölgənin hava hücumundan müdafiə bölmələrinə xidmətlərinə görə təşəkkür edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki