Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft92.94 $▼2.45%
  • WTI neft85.97 $▼2.68%
  • Avropa qazı (TTF)84.05 €▼7.59%
  • Təbii qaz (ABŞ)3.130 $▼0.89%
  • Qızıl3 845 $▼0.65%
  • Gümüş46.83 $▼1.04%
  • Pambıq81.31 ¢▲2.99%
  • Buğda600.75 ¢▲2.39%
  • Bitcoin64 874 $▼0.68%
  • Ethereum1 817 $▼0.98%
  • S&P 5007 439▼1.61%
9°Bakı
  • USD1.7000
  • EUR1.8731▼0.0074
  • 100 RUB2.0649▲0.0138
  • GBP2.2453▼0.0042
  • TRY0.0337▼0.0001
  • AED0.4628
  • CNY0.2548▼0.0001
  • GEL0.6561
  • 100 KZT0.3816▼0.0010
  • UAH0.0375▲0.0001
  • 100 JPY1.0653▲0.0022
  • CHF2.0259▼0.0097
  • USD1.7000
  • EUR1.8731▼0.0074
  • 100 RUB2.0649▲0.0138
  • GBP2.2453▼0.0042
  • TRY0.0337▼0.0001
  • AED0.4628
  • CNY0.2548▼0.0001
  • GEL0.6561
  • 100 KZT0.3816▼0.0010
  • UAH0.0375▲0.0001
  • 100 JPY1.0653▲0.0022
  • CHF2.0259▼0.0097
İdman

Fitnes məşqçisi Sara Əliyeva mukafata layiq görülüb

image-1002135771
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

“Avand Production” tərəfindən təşkil olunan “Caspian Awards 2026” mukafatlandırma layihəsi keçirilib. Tədbirdə iştirak edən qonaqlara mukafatlar təqdim olunub. “Badamdar Hotel & Residences Baku” otelində təşkil olunan mukafatlandırma gecəsi aparıcı Ağa Nadirov təqdimatında il ərzində fərqlənən, yadda qalan, peşəkar şəxs və şirkətlər mükafatlandırılıb. Həmçinin Özbəkistan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Cənubi Kipr ölkələrinin iş adamları mükafatçılar sırasında olub.

Fitnes məşqçisi, xoreoqraf, yoqa müəllimi və sağlam həyat tərzinin təbliğatçısı Sara Əliyeva da “İş xanımı” nominantına layiq görülüb.Sara Əliyeva 17 illik peşəkar təcrübəyə malik fitnes məşqçisi və xoreoqrafdır. O, həm sağlamlıq, həm də estetik bədən quruluşu üzərində çalışan peşəkar mütəxəssisdir.Uzun illər ərzində Sara Əliyeva minlərlə insanın həyatında müsbət dəyişikliklər yaradıb. Onun məqsədi insanlara sadəcə arıqlamaqda kömək etmək deyil, həm də onların sağlam, enerjili və özünə inamlı olmalarına dəstək göstərməkdir.Sara Əliyeva fitnes, xoreoqrafiya, müalicəvi gimnastika və yoqa sahələrində geniş bilik və təcrübəyə malikdir.

O, tibet ustalarından aldığı bilikləri müasir məşq metodları ilə birləşdirərək özünə məxsus yanaşma formalaşdırıb.Bu gün onun rəhbərliyi altında yüzlərlə tələbə uğurla məşq edir və yüksək nəticələr əldə edir. Fərdi yanaşma, peşəkarlıq və insan sağlamlığına xüsusi diqqət onun əsas üstünlükləridir.Sara Əliyeva üçün idman sadəcə peşə deyil. Bu, onun həyat fəlsəfəsi, ilham mənbəyi və insanlara fayda vermək yoludur.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=186462