Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq79.02 ¢▲0.61%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin67 255 $▼1.42%
  • Ethereum1 896 $▼1.62%
  • S&P 5007 562▼0.40%
15°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Dünya

Putin: "İsrailin özünü müdafiə etmək hüququ var, lakin müstəqil Fələstin yaradılmalıdır"

image-vladimir-putin
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

İsrail vəhşicəsinə hücuma məruz qalıb, lakin nizamlanma yalnız paytaxtı Şərqi Qüds olan müstəqil Fələstinin yaradılması ilə mümkün olacaq.

Busaat.az xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin MDB sammitində deyib.

Rusiya “Fələstin-İsrail münaqişəsinin danışıqlar yolu ilə həllinin alternativi yoxdur” postulatından irəli gəlir.

“Danışıqların məqsədi Birləşmiş Millətlər Təşkilatının iki dövlət formulunun həyata keçirilməsi olmalıdır ki, bu da paytaxtı Şərqi Qüds olan, İsraillə sülh və təhlükəsizlik şəraitində birgə mövcud olan müstəqil Fələstin dövlətinin yaradılmasını nəzərdə tutur. İsrail görünməmiş vəhşiliyə, hücuma məruz qalıb. Təbii ki, İsrailin özünü müdafiə etmək və dinc mövcudluğunu təmin etmək hüququ var”, – Putin söyləyib.

O, bu problemin sülh yolu ilə həlli üçün çalışmağın vacib olduğunu vurğulayıb.

“Mənim gördüyüm kimi, belə bir vəziyyətdə və bu xüsusi yerdə iki müstəqil dövlətə alternativ yoxdur”, – Rusiya lideri əlavə edib.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=124915