Ermənistanın Baş naziri Nikol Paşinyan Türkiyəyə işgüzar səfər edib.
Bu barədə Ermənistan hökumətinin başçısı öz “Telegram” kanalında bildirib.
Paşinyan Antalyada BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində təşkil olunan Liderlər Sammitində iştirak edəcək.























