
Məşhur sənətçimiz qəfil VƏFAT ETDİ
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə olTanınmış aktyor Aslan Fətullayev vəfat edib.
Sənətçi bu gün dünyasını dəyişib.
Aslan Fətullayev 20 oktyabr 1956-cı ildə Lerik rayonunun Çayrud kəndində doğulub. 1974-cü ildə kənd orta məktəbini bitirib, sonra Bakı Kitabxanaçılıq Texnikumunda (1974–1976) və Azərbaycan Dövlət İncəsənət İnstitutunun Mədəni-maarif fakültəsində (1977–1982) təhsil alıb.
Teatra yeddi yaşından maraq göstərib, kənd mədəniyyət evində tamaşalarda çıxış edib. 1975-ci ildə “Canlı şahid” televiziya tamaşasındakı Şani obrazına görə 19 yaşına çatmamış Azərbaycan Televiziyasının “Qızıl Fondu”na daxil edilən ilk aktyor olub. Televiziya verilişlərində çıxış edib, “Cin mikrorayonda”, “Papaq”, “Qətl günü” və digər filmlərdə rol alıb, bir sıra filmləri dublyaj edib.
1979-cu ildən Sumqayıtda mədəniyyət müəssisələrində çalışıb, “Gənclik” klubunda bədii rəhbər, “Dostluq” mədəniyyət evində direktor olub. “Bahar” xalq çalğı alətləri ansamblını və 1990-cı ildə Almaniyadakı “MAYEN-ROK-90” festivalının qalibi olan “Yuxu” rok qrupunu yaradıb. Ümumittifaq Xalq Yaradıcılığı Festivalının laureatı olub, xarici ölkələrdə qastrol səfərlərində iştirak edib.
2003-cü ildən Milli Dram Teatrının, 2008-ci ildən isə Abdulla Şaiq adına Dövlət Kukla Teatrının aktyorudur.// Oxu24.com























