Məzmuna keç
  • Azeri Light100.90 $▼6.10%
  • Brent neft91.16 $▼0.30%
  • WTI neft85.76 $▲0.11%
  • Avropa qazı (TTF)83.24 €▲1.11%
  • Təbii qaz (ABŞ)3.257 $▲1.37%
  • Qızıl4 081 $▼1.05%
  • Gümüş52.39 $▼1.62%
  • Pambıq82.47 ¢▲4.71%
  • Buğda589.75 ¢▲0.17%
  • Bitcoin74 200 $▼1.41%
  • Ethereum2 091 $▼1.92%
  • S&P 5007 550▲2.37%
10°Bakı
  • USD1.7000
  • EUR1.9037
  • 100 RUB2.0840
  • GBP2.2834
  • TRY0.0339
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3768
  • UAH0.0375
  • 100 JPY1.0768
  • CHF2.0807
  • USD1.7000
  • EUR1.9037
  • 100 RUB2.0840
  • GBP2.2834
  • TRY0.0339
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3768
  • UAH0.0375
  • 100 JPY1.0768
  • CHF2.0807
Dünya

Milyarderin xanımına xəyanət etdiyi çinli məşuqəsi casus imiş

Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

ABŞ-nin texnologiya nəhəngi “Nvidia” şirkətinin rəhbəri, dünyanın ən varlı iş adamlarından biri Censen Huanq həyat yoldaşına xəyanət etdiyini açıqlayıb.

63 yaşlı milyarder bu barədə şirkət əməkdaşlarına göndərdiyi məktubda məlumat verib. Onun bu etirafı Çin kəşfiyyatı ilə əlaqədə şübhəli bilinən biznesmen qadın Elis Huanqla münasibətləri ətrafında yaranan qalmaqaldan sonra gündəmə gəlib.

Censen həyat yoldaşı Lori və övladlarından üzr istəyib:

“Arvadıma xəyanət etmişəm. Hərəkətlərim ona və övladlarımıza ağrılar yaşadıb. Etdiklərimə heç bir bəraət qazandıra bilmərəm. Həyat yoldaşıma və ailəmə demək istəyirəm ki, sizi sevirəm. Bilirəm ki, üzr istəməyim etdiklərimi geri qaytara bilməz. Ümid edirəm ki, ailəmiz bu vəziyyətdən çıxacaq və zamanla etibarınızı yenidən qazana biləcəyəm”.

Məlumata görə, Huanqın münasibətdə olduğu iddia edilən Elis Huanq onunla eyni soyadı daşısa da, qohumu deyil. Sinqapurda fəaliyyət göstərən “Megaspeed” şirkətinin keçmiş rəhbərlərindən olan qadının Çin kəşfiyyatı tərəfindən əməkdaşlığa cəlb edildiyi və “Nvidia” ilə bağlı məlumatları Pekinə ötürə biləcəyi iddia olunur.

“New York Times” nəşrinin məlumatına əsasən, ABŞ kəşfiyyatının məxfi hesabatında Elis Huanqın Çin Dövlət Təhlükəsizliyi Nazirliyi tərəfindən məlumat toplamaq üçün cəlb edildiyi bildirilib. Onun işgüzar əlaqələrindən və “Nvidia” rəhbəri ilə yaxınlığından istifadə edərək məlumat əldə edə biləcəyi ehtimal olunur. Bununla belə, iddiaların təfərrüatları ictimaiyyətə açıqlanmayıb.

Şirkətin direktorlar şurası məsələ ilə bağlı müstəqil araşdırmaya başlanıldığını açıqlayıb. Şirkət rəhbərliyi milli təhlükəsizliyin və ya ona məxsus kommersiya sirlərinin təhlükə altına düşdüyünü düşünmək üçün əsas olmadığını bildirib. Censen Huanq da araşdırma ilə əməkdaşlıq etməyə hazır olduğunu vurğulayıb. (axşam.az)

MüəllifFərid Mustafayev

Xəbəri paylaş

busaat.az/?p=188581