
Qubada qəza: Ölən və xəsarət alanlar var
Qubada avtomobil aşıb.
Rayonun Tüləkəran kəndi ərazisində “Niva” markalı avtomobil idarəetmədən çıxaraq dərəyə yuvarlanıb.
Hadisə nəticəsində 1 nəfər ölüb, 2 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Xəsarət alanlar xəstəxanaya çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.//oxu.az























