
Ermənistan MDB-dən çıxmayacaq - Lebedev
Ermənistan MDB-dən çıxmaq niyyətində deyil.
Xarici KİV-ə istinadən xəbər verir ki, bunu MDB-nin baş katibi Sergey Lebedev deyib.
“MDB rəhbərliyinə Ermənistanın təşkilatdan çıxmaq niyyəti ilə bağlı heç bir bəyanat daxil olmayıb. Həm baş nazirin özü, həm də digər rəsmilər MDB-nin tərkibində qaldıqlarını bildiriblər”, – Lebedev bildirib.//Bizim.Media























