Məzmuna keç
  • Azeri Light99.88 $▲0.76%
  • Brent neft95.24 $▼0.41%
  • WTI neft87.90 $▼0.40%
  • Avropa qazı (TTF)93.70 €▲7.43%
  • Təbii qaz (ABŞ)3.268 $▼1.92%
  • Qızıl3 901 $▼0.42%
  • Gümüş49.95 $▼0.60%
  • Pambıq78.95 ¢▲0.52%
  • Buğda595.00 ¢▲0.63%
  • Bitcoin69 266 $▼2.95%
  • Ethereum1 950 $▼3.32%
  • S&P 5007 592▼0.33%
16°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Cəmiyyət

Media və Yayım Şurası Azərbaycan-Ermənistan transsərhəd çayları ilə bağlı xəbərlərin vizual təqdimatına irad bildirdi

Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

“Bir sıra media resurslarında Azərbaycan və Ermənistan arasında transsərhəd çayların idarə olunması üzrə işçi qruplarının yaradılmasına dair xəbərlərin materialın predmetinə aid olmayan fotoşəkillərlə təqdim olunması manipulyativ vizual təqdimat nümunəsidir”.

Bu barədə Media və Yayım Şurasının yaydığı açıqlamada əksini tapıb.

Bildirilib ki, bu cür təqdimat auditoriyada xəbərin məzmunu, hadisənin coğrafi məkanı və tərəflər arasında aparılan əməkdaşlığın mahiyyəti barədə yanlış təsəvvür formalaşdıra bilər:

“Eyni görüntülərin digər media resurslarında və sosial şəbəkə platformalarında təkrar paylaşılması isə yanlış təsəvvürlərin daha geniş auditoriyaya yayılmasına və mövzu ətrafında əsassız müzakirələrin yaranmasına zəmin yaradır.

Azərbaycan Respublikası Media və Yayım Şurası media subyektlərini xəbərlərin vizual tərtibatında istifadə olunan materialların mənbəyini və çəkildiyi yeri dərc etməzdən əvvəl yoxlamağa, vizual materialların xəbərin məzmununa uyğunluğunu təmin etməyə və auditoriyanı yanıltmağa səbəb ola biləcək təqdimatlara yol verməməyə çağırır”.

MüəllifFərid Mustafayev

Xəbəri paylaş

busaat.az/?p=188766