Məzmuna keç
  • Azeri Light99.88 $▲0.76%
  • Brent neft96.02 $▲0.33%
  • WTI neft88.83 $▲0.50%
  • Avropa qazı (TTF)93.70 €▲7.43%
  • Təbii qaz (ABŞ)3.278 $▼2.00%
  • Qızıl3 896 $▼0.56%
  • Gümüş49.82 $▼0.88%
  • Pambıq82.41 ¢▲4.93%
  • Buğda595.25 ¢▲0.76%
  • Bitcoin68 795 $▼3.61%
  • Ethereum1 934 $▼4.12%
  • S&P 5007 592▼0.33%
14°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Cəmiyyət

Bu şəxslər sertifikatlaşdırma imtahanına çağırılmayacaq – Siyahı açıqlandı

Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Dövlət məktəbəqədər təhsil müəssisələrində çalışan tərbiyəçi-müəllim və metodistlərin sertifikatlaşdırılması üzrə test imtahanları keçiriləcək.

İmtahanların dekabrın 5–6-da təşkili nəzərdə tutulub.

Sertifikatlaşdırma imtahanında iştirakçılara məktəbəqədər təhsilin məzmunu və metodikası, həmçinin uşaq və yaş psixologiyası üzrə 60 sual təqdim ediləcək. Suallar məzmun və metodika, təhlükəsizlik, pedaqoji etika və əməkdaşlıq, eləcə də özünüinkişaf istiqamətlərini əhatə edəcək.

Test imtahanı kompüter vasitəsilə elektron qaydada keçiriləcək və iştirakçılara sualları cavablandırmaq üçün 120 dəqiqə vaxt veriləcək. Hər düzgün cavab 1 balla qiymətləndiriləcək. Səhv cavablar və cavabsız suallar isə bal itkisinə səbəb olmayacaq.

Sertifikatlaşdırmanın əsas məqsədi məktəbəqədər təhsil müəssisələrində çalışan pedaqoji işçilərin peşəkarlıq səviyyəsini və peşə yararlılığını yoxlamaq, onların peşəkar inkişafını təmin etmək, eləcə də təlim ehtiyaclarını müəyyənləşdirməkdir.

Qanunvericiliyə əsasən, hamilə qadınlar, uşağının üç yaşınadək sosial məzuniyyətdə olan və məzuniyyət bitdikdən sonra bir ildən az müddətdə müvafiq vəzifədə çalışan qadınlar, uşağını təkbaşına böyüdən kişilər, ilk dəfə işə qəbul olunan şəxslər (üç il müddətində), eləcə də azı üç dəfə sertifikatlaşdırmadan keçmiş şəxslər bu prosesdə iştirak etməyəcəklər. 60 və daha yuxarı yaşda olan şəxslərin iştirakı isə könüllüdür.

Qeyd edək ki, sertifikatlaşdırma 14 şəhər üzrə 21 mərkəzdə təşkil olunacaq. Prosesdə 9 minə yaxın şəxsin iştirakı gözlənilir.

İmtahanın vaxtı və keçiriləcəyi yer barədə məlumatlar iştirakçıların şəxsi kabinetlərinə göndərilib. Nəticələr proqram təminatı vasitəsilə avtomatik hesablanacaq və imtahan başa çatdıqdan dərhal sonra elan ediləcək.// Yenisabah

MüəllifFərid Mustafayev

Xəbəri paylaş

busaat.az/?p=188754