Məzmuna keç
  • Azeri Light99.88 $▲0.76%
  • Brent neft96.38 $▲0.71%
  • WTI neft88.73 $▲0.38%
  • Avropa qazı (TTF)93.70 €▲7.43%
  • Təbii qaz (ABŞ)3.303 $▼1.26%
  • Qızıl3 902 $▼0.41%
  • Gümüş50.06 $▼0.40%
  • Pambıq78.56 ¢▼4.59%
  • Buğda593.50 ¢▲0.47%
  • Bitcoin69 085 $▼3.21%
  • Ethereum1 942 $▼3.72%
  • S&P 5007 592▼0.33%
13°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Gündəm

Hər yumurta, hər litr süd qeydiyyata alınacaq: Səbəbi açıqlandı

Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Azərbaycanda kənd təsərrüfatı məhsullarının uçot sistemində yeni qaydaların tətbiqi müzakirələrə səbəb olub. Dəyişikliklərə əsasən, fermer və fərdi təsərrüfatlarda istehsal olunan süd, yumurta və digər aqrar məhsulların daha detallı uçotu aparılacaq. Yeniliyin məqsədi vətəndaşların təsərrüfat fəaliyyətinə nəzarət etmək deyil, ölkə üzrə aqrar istehsalın real mənzərəsini müəyyənləşdirməkdir.

Bəs hər litr südün və hər yumurtanın ayrıca qeydiyyata alınması hansı zərurətdən irəli gəlir? Bu məlumatlar gələcəkdə hansı iqtisadi qərarların qəbuluna təsir göstərəcək?

Mövzu ilə bağlı  danışan iqtisadçı Razi Abbasbəyli bildirib ki, ev təsərrüfatlarının uçotunun aparılması beynəlxalq təcrübədə qəbul olunmuş standart prosedurdur və Azərbaycanda da rəsmi statistik bazanın formalaşdırılmasına xidmət edir.

“Nazirlər Kabinetinin 2025-ci ildə qəbul etdiyi müvafiq qərara əsasən, ev təsərrüfatlarının uçotunun aparılması nəzərdə tutulub. Bu qərarın 2027-ci ildən icrasına başlanılması ilə bağlı məlumatlar isə sonradan kontekstdən çıxarılaraq cəmiyyətə fərqli şəkildə təqdim edilib”.

İqtisadçı qeyd edib ki, sözügedən prosesi vətəndaşların evindəki quşların, yumurtaların və digər təsərrüfat məhsullarının sayılması kimi təqdim edərək narahatlıq yaratmaq düzgün yanaşma deyil:

“İlk növbədə nəzərə almaq lazımdır ki, hökumətin aqrar sektorun inkişafı ilə bağlı dəqiq strateji proqramları olmalıdır. Belə proqramların hazırlanması üçün isə faktlara əsaslanan statistik məlumatlar tələb olunur. Hökumət həmin məlumatları təhlil etməklə hansı regionlarda ev təsərrüfatlarının inkişaf etdiyini, hansı ərazilərdə istehsalın zəif olduğunu müəyyənləşdirə bilər. Bu günə qədər Azərbaycanda belə bir statistik baza lazımi səviyyədə formalaşmamışdı. Bu da dəqiq təhlillərin aparılmasını çətinləşdirirdi”.

R.Abbasbəylinin sözlərinə görə, yeni uçot sistemi vasitəsilə iri və xırdabuynuzlu heyvanların, quşçuluq təsərrüfatlarının, süd və yumurta istehsalının, eləcə də barverən meyvə ağaclarının sayı barədə məlumatlar toplanacaq. Bu göstəricilər aqrar sektorun real vəziyyətini qiymətləndirməyə imkan verəcək.

“Statistik məlumatların əhəmiyyəti təkcə mövcud vəziyyətin müəyyənləşdirilməsi ilə məhdudlaşmır. Onlar həm də növbəti illərdə istehsalın artım və ya azalma dinamikasını izləmək baxımından vacibdir.

Məsələn, hər hansı rayonda ev təsərrüfatlarında 100 min toyuq qeydə alınarsa və onların 30 mini yumurtlayan quş olarsa, növbəti il aparılacaq uçot nəticəsində bu göstəricilərdəki dəyişiklikləri müqayisə etmək mümkün olacaq. Beləliklə, quşçuluq təsərrüfatlarının inkişaf etdiyi, yoxsa gerilədiyi konkret rəqəmlərlə müəyyənləşdiriləcək”.

R.Abbasbəyli əlavə edib ki, əldə olunan məlumatlar əsasında hökumət aqrar sektora investisiyaların istiqamətini daha düzgün müəyyən edə, regionların ehtiyaclarına uyğun inkişaf proqramları hazırlaya və gələcək istehsal həcmlərini proqnozlaşdıra biləcək.

“Əsas məqsəd iqtisadi təhlillər üçün etibarlı statistik bazanın yaradılmasıdır. 2027-ci ildə toplanacaq məlumatlar 2028-ci ildə yenidən aparılacaq uçotla müqayisə edilə bilər. Bu zaman təsərrüfatlarda heyvanların, quşların və digər istehsal vasitələrinin sayında artımın, yoxsa azalmanın baş verdiyini dəqiq görmək mümkün olacaq.

Bu, həm aqrar sektorun inkişafı, həm də ölkənin ümumi iqtisadi vəziyyətinin daha dolğun təhlili üçün vacibdir. Hesab edirəm ki, ev təsərrüfatlarının uçotunun aparılmasını sosial şəbəkələrdə narahatlıq doğuran məsələ kimi təqdim etmək doğru deyil. Bu, inkişaf etmiş Avropa ölkələrində də tətbiq olunan praktikadır. Təəssüf ki, Azərbaycanda indiyədək ev təsərrüfatlarının dəqiq uçotu lazımi səviyyədə həyata keçirilməyib”, – deyə iqtisadçı bildirib.// Konkret.az

MüəllifFərid Mustafayev

Xəbəri paylaş

busaat.az/?p=188751